Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Fevral 2016

ALLAHA SIĞINMAQ

Şeytan yalnız Allahı unutmuş insana yol tapır
Ayətəl-kürsüdə oxuyuruq: «Hər kəs tağutu inkar edib Allaha iman gətirərsə qırılmaz ipdən yapışıb». («Bəqərə» surəsi, ayə 256.) «Loğman» surəsinin 22-ci ayəsində buyurulur: «Kim yaxşı əməl sahibi olub özünü Allaha təslim edərsə o artıq ən möhkəm ipdən yapışmışdır». Dilimizə «qırılmaz, möhkəm ip» kimi tərcümə olunmuş söz Quranda «urvətül-vusqa» kimi ifadə olunmuşdur. Burada maraqlı bir nöqtə vardır. İnsan nə zaman yapışmaq üçün bir şeyə əl atır? Adi halda olan insan buna cəhd edirmi? Sözsüz ki, yalnız yıxılmaq, yuvarlanmaq təhlükəsi ilə üzləşmiş insan nədənsə yapışıb özünü xilas etmək istəyir.
Quran həmin ifadəni işlətməklə insanların nəzərinə çatdırır ki, onlar daim süqut etmək təhlükəsi ilə üzbəüzdürlər. E