Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Fevral 2016

İnqilabın həndəsəsi...

Ayətullah Xamenei Ali Milli Təhlükəsizlik Şurası Katibliyi üzvləri ilə görüşdü
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi hərbi komandan, kontr-admiral Əli Şəmxani, onun müavinləri və şuranın ekspertləri çərşənbə günü səhər Ayətullah Xameneinin qəbulunda olub (mehrnews.com). Ayətullah Xamenei müasir dünyada təhlükəsilik anlayışının mürəkkəbliklərindən danışıb, şuraya təlükəsizlik sahəsində əhatəli və hərtəeəfli baxışı tövsiyə edib. Cənab Rəhbər vurğulayıb ki, şüra düzgün qərar üçün münasib zəmin yaratmalı və bu onun bu işinə düzgün, inqilabi, hizbullahi təfəkkür hakim olmalıdır...
Cənab Rəhbər Ayətullah Xamenei buyurub: İmam Xomeyninin (r) onlarla cild kitabda yer alan bəyanatları inqilabın əsasıdır... İnqilabının qələbəsinin əvvəllərindən bəziləri inqilabi təfəkkürü qəbul etməyib, bəziləri quruluşun daxilində olduqları halda imperializmlə mübarizəyə inanmayıb. Bu cərəyanla mübarizə aparmaq lazımdır... Hazırda düşmənin yeni və mürəkkəb metodlardan, o cümlədən məcazi fəza, ideoloji və ictimai təsirlərdən istifadə etməsi bu mübarizəni daha da çətinləşdirib...
İmamın buyuruqlarına əsasən, xalq, məmləkətin istiqlalı, İslam prinsiplərinə bağlılıq, imperializmlə mübarizə, Fələstin məsələsi, əhalinin rifahı, aztəminatlı təbəqəyə diqqət inrilab əsas xətələridir və bu xətlərdən inqilabın həndəsəsi yaranır...

Vilayet.info


2007 بازدید