Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Fevral 2016

Nə üçün Kərbəlanın Ayəti-Üzmasına təvəssül etmirsən?

İmam Hüseynin (ə) “Kərbəlanın Böyük Ayətinə” (Ayəti-Üzmayi-Kərbəla) təvəssül göstərişi
Dərdin varsa Ayəti-Üzma qapısını döy!

Mərhum Ayətullah Mirza Əbdülkərim Həqşenas (h-ş. 1298-1386) nəql edir: 40 gün Ziyarəti-Aşura oxumalı idim. Qarşıma çətinlik çıxdı, bir gün yerinə yetirə bilmədim. Çox narahat idim. İmam Hüseynə (ə) təvəssül etdim. Ağanı gördüm. Soruşdu pərişanlığının səbəbi nədir? Başıma gələni danışdım. Buyurdu nə üçün Kərbəlanın Ayəti-Üzmasına təvəssül etmirsən? Soruşdum ki, Kərbəlanın Ayəti-Üzması kimdir? Ağa əbasının altından Əli Əsğərin bələyini çıxardı...
...Əli Əsğər adı ilə tanınan Abdullah ibn Hüseyn İmam Hüseynin (ə) kiçik oğludur. Anası Rübab binti Əmrul-Qeysdir. Əli Əsğər hicri 60-cı il, 10 rəcəbdə Mədinədə dünyaya gəlib. Hicri 61-ci il, 10 məhərrəmdə 6 aylığında Kərbəlada qətlə yetirilib. Əli Əsğər Əhli-Beyt məktəbində Babul-Həvayic (İstəklər qapısı) sayılanlardandır.
Əli Əsğərin harada dəfn olunması barədə iki nəql var. Bir nəqlə görə Əli Əsğər İmam Hüseynin (ə) sinəsi üzərində dəfn edilib. Başqa bir nəqlə görə Əli Əsğər İmam Hüseynin zərihi yaxınlığında Kərbəla şəhidləri ilə dəfn olunub....

Vilayet.info


1584 بازدید
در حال ارسال اطلاعات...