Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Fevral 2016

Təbriz – dünyanın dilənçiliyə yox deyən yeganə şəhəri

Dünyanın məşhur şəhərlərində dilənçiyə heykəl qoyulduğu zaman...
Dilənçilik dünyada əsas ictimai problemlərdən biri olaraq qalır. Bu problemin İran İslam Respublikasının sevilən şəhəri Təbrizdə necə aradan qaldırıldığı maraq doğuran hadisədir. Şəhərdə dilənçi yoxsa bu o deməkdirmi ki, həmin şəhər əhalisi varlıdır? Qətiyyən belə deyil. Şəhərdə dilənçiliyin qarşısını alan ilk amil iqtisadi durum yox, əhalinin mədəniyyətidir. Bəlkə elə bu mədəniyyətə görə İranın istənilən nöqtəsində Təbriz şəhəri xoş sözlərlə yad edilir.
Təbrizdə dilənçi yoxsa, ilk növbədə şəhərdə aztəminatlı ailələri himayə edən Təbriz Xeyriyyə Cəmiyyətinin adını çəkmək lazım gəlir. Bu ictimai bir qurumdur və dövlət tərəfindən maliyyələ