Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Fevral 2016

General Cəfəri: Suriyada müharibənin İrana nə aidiyyatı var?

Suriyanın müdafiəsi İslam Müqavimətinin müdafiəsidir
SEPAH baş komandanı general Məhəmməd Əli Cəfəri hərəm şəhidlərinin dəfn mərasimində məntəqə ilə bağlı problemlərdən danışıb. (Fna.ir)

General Cəfəri deyib: İnqilab keşikçiləri əməliyyatlarda iştirak etməyə can atsa da, İrandan Suriyaya böyük qüvvə göndərmək planımız yoxdur... Ölkə daxilində də keşikçilər təlaşdadır, ölkəyə misilsiz sabitlik hakimdir, sərhədlər yüksək səviyyədə qorunur... H-ş. 80-ci illərdə böyük təhlükələr var idi. Amerika qonşu ölkələrə hücum edirdi. Silahlı qüvvələr, xüsusilə SEPAH mövcud təhlükələri aradan qaldırdı... İslam Müqaviməti genişləndiyindən əsas təhlükələr də sərhədlərimizdən uzalaşıb... Livan və Fələstin müharibələri göstərdi ki, təpədən dırnağa silahlanmış ordular müqavimət qarşısında acizdir... Nə qədər ki İslam İnqilabı var düşmən tərəfindən təhlükə də var. Amma Allahın lütfü ilə çanaq öz başlarında çatlayır. Nə qədər ki, imperializmlə saziş yoxdur, qərb və Amerikaya qarşı dayanmışıq, Rəhbərin göstərişlərinə əməl edirik, qələbə bizimlədir...
Düşmən müqavimət qarısında aciz qalıb sələfiliyi, İŞİD-i, inqilab düşmənlərini işə saldı. Bu cərəyanlara böyük sərmayə yatırdılar. Təəssüf ki, ABŞ və İsrailin məntəqədəki Ərəbistan kimi muzdurları həmkarlıq etdi.
Bəziləri tərəddüddədir ki, axı Suriyada müharibənin bizə nə dəxli var! Amma çoxları dərk edir ki, Suriyanın müdafiəsi İslam Müqavimətinin müdafiəsidir və təhlükənin sərhədərimizə yaxınlaşmasına mane olur... Cənab Rəhbər şəhid ailələri ilə görüşdə buyurdu ki, bu müdafiə olmasa sərhədlərimiz üçün təhlükə yaranar...

Vilayet.info