Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Fevral 2014

Hicab İmam Əlinin (ə) nəzərində

Həzrət Əmirəlmöminin Əli (ə) övladlarına buyurur: “Qadınların hicabında ciddi olun, hicaba ciddi və möhkəm riyaət etmək qadınları sağlam və pak edər.” Sonra yenə buyurur:
Qadınlara qalın libaslar geyinmək lazımdır. Hər kim nazik libas geyinsə və bədəni görünsə, onun dini zəif olar.
Kişi ki, həyat yoldaşına itaət etsə, Allah-Taala onu duzəxə aparar.
Bir nəfər soruşur: İnsanı bu ağır əzaba düçar edən itaət nədir?
Həzrət (ə) buyurur: “Arvad toya ya da cəmiyyət içinə nazik paltarda getmək üçün ərindən icazə istəsə, əri də ona bu cür libaslar geyinməyə icazə versə duzəx əhli olar. Bun növ ümumi məclislərə əxlaqi və şəri cəhətdən nəzarət olmazsa, fəsad mərkəzinə çevrilər.”
O həzrət yenə də buyurur: “Peyğəmbər (s) buyurub: Qadın həyat yoldaşından qeyrisinə bəzənsə, Allah-Taala onu duzəx alovunda yandırar.”
Həzrət Əli (ə) buyuruqlarında bu mətləbə yenə də işarə edərək buyurur: “O zaman çox pis zamandır ki, qadınlar hicabsız və açıq-saçıq şəkildə evdən çıxarlar, dinin sərhədlərini aşaraq fəsad və şəhvətə meyilli olarlar. Haramları halal edərlər və axırda cəhənnəm və duzəx əzabına düçar olarlar.

Yuxarıda işarə olunan xəbərdarlıqlardan altı mətləb başa düşülür:

1. O zaman ki, qadınlar hicab və iffətə riyaət etməsələr, ən pis zamandır;
2. Qadınlar bəzənmiş şəkildə evdən çölə çıxsalar iffət səngərini sındırmış olurlar və dindən çıxaraq dinə qarşı olurlar.
3. Bu cür qadınlar fitnə əhli olar və fəsada, günaha səbəb olurlar;
4. Bu cür qadınlar şəhvətə həvəsli olar, əql və məntiq əvəzinə şəhvətpərəstlik onlara hakim olar;
5. Bu cür qadınlar Allahın haramını halal edər, ilahi qanunları ayaq altda qoyar və fəsadın çoxalmasına səbəb olurlar;
6. Nəhayət bu cür qadınlar duzəxdə əbədi əzaba düçar olarlar.

Bəli, onlar İslami hicab və iffətə riayət etmirlər, yollarını azırlar, fəsadın yayılmasına səbəb olurlar və nəhayətdə bu dünyada özlərinin düzəltdikləri cəhənnəmdə yanırlar və əbədi ilahi əzaba düçar olurlar.

Nur-az.com
Dilimizə çevirdi: R. Hüseynov 


1717 بازدید
در حال ارسال اطلاعات...