Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Fevral 2016

Tövbə

Hər şeydən öncə bilməliyik ki, günah nədir, sonra ondan dönməliyik
Allah-Taala tövbə barəsində buyurur: “Ey möminlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız.” (“Nur”, 31.)

Tövbənin mənası günahdan dönməkdir. Hər şeydən öncə bilməliyik ki, günah nədir, sonra ondan dönməliyik. Bilməlisiniz ki, insanın işləri beş növdür:

1. Hökmən görüləcək və tərki cayiz olmayan iş (vacib)
2. Hökmən görülməyəcək və görülməsi cayiz olmayan iş (haram)
3. Görülməsi görülməməsindən daha üstün olan iş (müstəhəb)
4. Görülməməsi görülməsindən daha üstün olan iş (məkruh)
5. Görülməsi və görülməməsi bərabər olan iş (mubah)

Beləliklə günah birinci bəndə görə görüləcək işin görülməməsi, ikinci bəndə görə isə görülməyəcək işin görülməsidir. Bu işl