Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Fevral 2016

"Qədim şahlar diktator olsa da, biganəyə nökər olmayıb!"

Ayətullah Xamenei Pəhləvilərin rəzalətindən danışır
KHAMENEİ.İR Cənab Rəhbər Ayətullah Xameneinin Pəhləvi rejiminin rəzalətləri haqqında buyuruqlarını yada salır:
Qədim şahlar diktator olsalar da, biganəyə tabe deyildilər. Amma Qacarlardan sonra bütün Pəhləvi dövrü şahlar həm diktator olub, həm də biganədən aslı. Ötən dövrdə İrana hakim siyasi rejimin belə ikiqat xəstəliyi olub. Diktatura ilə yanaşı əlaltı rejim olması ölkə və xalqa böyük zərərlər vurub...
Məhəmmədrzanın hakimiyyətinin əsas xüsusiyyəti biganədən asılılıq, hətta baş nazir və məclis nümayəndəsini onların icazəsi ilə təyin etməsi yox, xalqa münasibətdə yırtıcı canavar, düşmən qarşısnda qoyun olması idi... Hakimiyyət belə olanda təbii ki millət də qul olur. Özünü kiçik sayan, özünü kiçik görən xalq rahatlıqla biganələrin əsarətinə düşür...
Nasirəddin şah şahlıq etmək, hökm vermək, ləzzət almaq istəyirdi. Zəif şəxsiyyət idi, xalqın taleyi onu maraqlandırmırdı. Amma Pəhləvilər Qacarlardan qat-qat çirkin yol seçdilər. Onlar öz mədəniyyətlərini məhv edib, başqa mədəniyyətə üz tutdular...
Nökər şah getdi, amma nökərçilik ruhiyyəsi hələ də bəzilərində yaşayır. Ləyaqət inqilabı, şərəf inqilabı onların ruhiyyəsini dəyişməyib...
Amma imamilərin gözü həqiqi ümid ünvanındadır. Düşmənlə mübarizənin yolu milli iqtidara güvənmək, daxili qüvvələr hesabına məmləkəti gücləndirməkdir...

Vilayet.info


1171 بازدید
در حال ارسال اطلاعات...