Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Fevral 2016

Onun sümüklərini qırdılar, saqqalını qırxdılar, amma... (foto)

İnqilaba yol açan alimlər: Şəhid Ayətullah Qəffari
Ayətullah Hüseyn Qəffari (h-ş.1295-1353) Təbrizdə, Azərşəhrdə anadan olub. 30 il ağır maddi duruma səbr edərək dini təhsilini davam etdirib. 1324-cü ildə Quma gəlib, Ayətullah-üzma Bürucerdinin tələbəsi olub.
Ayətullah Hüseyn Qəffari İran İslam İnqilabına yol açan və inqilabdan 4 il qabaq işgəncələr altında şəhadətə yetən mübariz ruhanidir. H-ş. 1342-ci il, 15 xordadda inqilabı çıxışından sonra həbs edilib. Ağır işgəncələr iradəsini qıra bilməyib. Azad edilən kimi şah rejiminin cinayətlərinə etiraz çıxışlarını davam etdirib. H-ş. 1353-cü ilin tir ayında növbəti dəfə həbsə alınıb, dey ayında işgəncələr altında şəhadətə çatıb...
Oğlu atası ilə son görüşü belə xatırlayır: Onu son görüşə qucaqda gətirdilər. Əl və ayaq sümükləri qırılmışdı, ağzında iki-üç diş qalmışdı. Üzü, boynu, bədəninin bütün görünən hissələri göyərmişdi. Bir-iki cümlə danışa bildi. Səhəri gün şəhadətə çatdı...
Alimin iradəsini qırıb etiraf ala bilməyən SAVAK çirkin bir addım atır: Ayətullah Hüseyn Qəffarinin saqqalını qırxırlar. Həmin andan alim nə bir kəlmə danışır, nə ağzına bir tikə çörək qoyur. Bu ona çox ağır gəlir. Qırılmış sümüklər, əzilmiş bədənlə, təhqir olumuş vəziyyətdə dünyasını dəyişir...
Şahın kəşfiyyat idarəsi SAVAK onun cənazəsini iki gün sonra ailəsinə vermək istəyir. Xəbərdarlıq edirlər ki, alim dəfn mərasimi keçirilmədən torpağa tapşırılmalıdır. Ailəsi SAVAK-ın təklifini rədd edib və ölüm kağızını imzalamayıb. SAVAK məcbur olub ki, gecə yarı cənazəni Tehrandan Quma aparır ki, məxfiyanə dəfn etsin. Amma hadisədən xəbər tutan təqlid mərcələri, ruhani və tələbələr ayağa qalxaraq cənazəni təhvil alır və əzəmətli dəfn mərasimi keçirilir. Dəfn mərasimində rejimə qarşı çıxışa görə həbsə alınanlar olur. Ayətullah-üzma Gülpayiqani Məscidi-Əzəmdə Aytullah Qəffariyə əza mərasimi təşkil edir...

Vilayet.info


1317 بازدید
در حال ارسال اطلاعات...