Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Fevral 2016

“Vəsilətun-Nicat” kitabını ayaq altına atan şəxsin aqibəti

İslam bütün yaranmışlara, o cümlədən elm və alimə haqq tanıyır...
Bəziləri düşünür ki, dini təlimlərdə yalnız insanın Allah qarşısında vəzifələri sadalanır. Əslində isə İslam dini insanın kontaktda olduğu bütün yaranmışlar, hətta heyvanlar üçün haqq tanıyır. İslam hətta ziyanverici bir canlını əziyyətlə öldürməyə icazə vermir. (serajnet.org)
İslam dinində din alimlərinin də haqqı var. Bu haqlar daha çox əxlaqi mahiyyət daşıyır. İslama görə elmi məsələlərdə bir fikri inkar edərkən fikir sahibinin şəxsiyyəti alçaldılmamalıdır.
“Sahibi-Cəvahir” adı ilə tanınan Ayətullah Şeyx Məhəmməd Həsən Nəcəfi (h-ş. 1166-1228) məşhur şiə fəqihlərindəir. Onun “Cəvahir” kitabının alimlər arasında böyük dəyəri var.
Dərs gedişində hövzə qaydasınca Ayətullah Şeyx Məhəmməd Həsən Nəcəfiyə irad bildirmək istəyən şəxs ayağa qalxıb əvvəlcə “Sahibi-Cəvahir” haqqında xoş sözlər söylər, sonra deyərdi ki, sizin söhbətində filan məsələni anlamadım...
İslamda alimə, elmə ehtiram o qədər əhəmiyyət daşıyır ki, cəmiyyət arasında hörmətsizlik edənlərin cəzası təxirə salınmır. Mərhum Seyid Əbül-Həsən İsfahaninin “Vəsilətun-Nicat” kitabını məsxərəyə qoyub ayaq altına atan şəxsin elə hadisə yerində lal olması məşhur əhvalatdır.
Arif alimlər öz aralarında da bu nöqtəyə əhəmiyyət verib, bir-birinə qarşı təvazökar olub, biri o birindən qabağa keçməyə cəhd göstərməyib. Önə keçmək istəyi alimin mərifətdən uzaq olduğunu göstərir.
Ayətullah Şeyx Məhəmməd Həsən Nəcəfiyə sual veriləndə bir müddət susardı ki, başqa alimlər cavab versin. Səhv etdiyini anlasaydı xəcalət çəkmədən açıq elan edərdi ki, filan mövzuda dediyim sözlər səhv olub!

Vilayet.info


1218 بازدید
در حال ارسال اطلاعات...