Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Fevral 2016

Şahın arxasını yerə vuran pəhləvan...

Keçmişin və bu günün ağrılı faktı: Məşhur idmançılar zalım rejimlərin alətinə çevrilir
Hər peşədə ideallar var. Ruhanilərin öz idealı, müəllimlərin öz idealı, həkimlərin öz idealı, idmançıların da öz idealı. İdman tarixnə adını qızıl hərflərlə yazmış iki idmançı varsa, biri İran pəhləvanı Qulamriza Təxtidir desək, yalan olmaz. Təxti bütün şəxsiyyətli qəhrəmanların idealıdır.
O zaman İran şahı Məhəmmədrzanın əlini öpmək iftixar sayılırdı. Nazirlər, generallar, sənət adamları, saray ruhaniləri bir növ yarışa girmişdilər. Buna cəmiyyət də adət etmişdi, şahın əlini öpənlərə normal baxılırdı. Amma şəxsiyyət, ləyaqət, şücaət, fədakarlıq, ədalət, mərhəmət kimi xüsusiyyətlər insan fitrətindən qaynaqlanır, ən zalım rejim də insan daxilindəki bu ilahi səciyyələri sonadək məhv etmək gücündə deyil.
Təxti tə belələrindən idi – mənliyi vardı, zülmə və zalıma nifrəti vardı, eyni zamanda şah rejiminin cinayətlərini görürdü. Elə buna görə də imkan vermirdi ki, şah onun dünya şöhrətindən öz mənafeləri yolunda istifadə etsin.
Təxti dünya şöhrəti qazandı. Dünya çempionu, olimpiya çempionu oldu. Belə bir vaxtda İran şahı Təxtinin boynuna medal taxmağı özünə iftixar sayırdı. Təltif mərasimində İran çempionu olmuş Təxtinin boynuna şah medal taxmalı idi. Təxti şax dayanmışdı. Hətta şah medalı taxanda zərrəcə qəddini əymədi. Şah məcbur oldu ki, dartınıb medalı Təxtinin boynuna taxsın... Amma pəhləvanın bu saymazlığı yaddan çıxmadı. Bir müddət sonra Tehranın Atlantik otelində Təxtinin cəsədi tapıldı. Onun ölümündə daha çox SAVAK – şahın kəşfiyyat ximəti şübhəli sayılır.

Vilayet.info


1794 بازدید
در حال ارسال اطلاعات...