Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Fevral 2016

Şahın arxasını yerə vuran pəhləvan...

Keçmişin və bu günün ağrılı faktı: Məşhur idmançılar zalım rejimlərin alətinə çevrilir
Hər peşədə ideallar var. Ruhanilərin öz idealı, müəllimlərin öz idealı, həkimlərin öz idealı, idmançıların da öz idealı. İdman tarixnə adını qızıl hərflərlə yazmış iki idmançı varsa, biri İran pəhləvanı Qulamriza Təxtidir desək, yalan olmaz. Təxti bütün şəxsiyyətli qəhrəmanların idealıdır.
O zaman İran şahı Məhəmmədrzanın əlini öpmək iftixar sayılırdı. Nazirlər, generallar, sənət adamları, saray ruhaniləri bir növ yarışa girmişdilər. Buna cəmiyyət də adət etmişdi, şahın əlini öpənlərə normal baxılırdı. Amma şəxsiyyət, ləyaqət, şücaət, fədakarlıq, ədalət, mərhəmət kimi xüsusiyyətlər insan fitrətindən qaynaqlanır, ən zalım rejim də insan daxilindəki bu ilahi səciyyəl