Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Fevral 2016

Amerika Qadın İslah Koloniyalarında nə yaşanır? - Video/Foto

Bu ölkədə həbsxanaların özəlləşdirilməsi dövlət rəsmiləri, senatorlar və konqresin nümayəndələri üçün olduqca maraq və mənfəət obyektinə çevrilib
“Narkomaniya ilə müharibə” adı altında aparılan dırnaqarası mübarizə nəticəsində hal-hazırda Amerikada 147000 uşaq anasını görmək üçün həbsxanalara müraciət etməli olur, həmin anaların çoxu əli-qolu zəncirli uşaqlarını dünyaya gətirmək məcburiyyətində qalır və bu onların qarşılaşdığı ən adi hallardan sayılır…

Həbsxana və məhbuslara dair statistik məlumatlar araşdırılarkən heç bir ölkənin Amerikanın müqabilində danışmağa sözü yoxdur (States of Incarceration: The Global Context Link). Amerikada hər 100000 nəfər başına 716 məhbus düşür (Incarceration Rates among Founding NATO Members Link). Bu isə dünya miqyasında müstəsna hal sayılır.

در زندان‌های زنان آمریکا چه می‌گذرد +عکس

Həbsdə olan qadın ayaqları skamyaya zəncirlənmiş halda

Los Anceles qadın islah koloniyası

Adətən, bütün dünyada, o cümlədən Amerikada həbsxanalara düşənlərin əksəriyyətini kişilər təşkil edir və onlarla müqayisədə həbs edilən qadınların sayı, demək olar, saya gəlmir. Amma Amerikada qeydə alınan bu ədədləri dünya səviyyəsində müqayisə etdikdə, hətta əyalət üzrə sayları belə başqa ölkələrə baxanda rekord sındırır.



Tək nəfərlik kamerada məmurun məhbus qadına qarşı vəhşi rəftarı


Maraqlıdır, dünya səviyyəsində Amerika qadınlar üzrə 5%-i təşkil etdiyi surətdə dünya üzrə həbsdə olan qadınların 30%-ni əhatə edir (States of Women's Incarceration: The Global Context Link) və bu isə Çinlə müqayisədə iki dəfə və Rusiya ilə müqayisədə isə dörd dəfə artıqdır. Bu ölkənin ayrı-ayrı ştatlarına faiz üzrə böyük ölkələr belə yaxınlaşa bilməz. Məsələn, 100 min nəfər cəmiyyət etibarilə Qərbi Virciniyada 273, Oklahomada 226 və Kentukkidə 220 məhbus qadın vardır.

در زندان‌های زنان آمریکا چه می‌گذرد +عکس

Əlbəttə, Amerikada bütün həbsxanalar belə xidməti təminata malik deyil və Kaliforniya ən qorxulu həbsxanaları ilə xüsusi seçilir.


Amerikada xalq bu ölkəni zindan diyarı adlandırır (We should stop putting women in jail. For anything. Link), müasir həbsxana təsərrüfatı texnologiyasından danışır (What is the Prison Industrial Complex? Link) və USA-nı (ABŞ) “Amerika Məhrum Kölələri” kimi vəsf edirlər (Slavery and Prison - Understanding the Connections Link). Bu məna özünü 1980-ci ildən ta 2010-cu ilədək 419% artan həbs aktları çərçivəsində daha aydın əks etdirir (Incarcerated Women Link).
Bu ölkədə həbsxanaların özəlləşdirilməsi dövlət rəsmiləri, senatorlar və konqresin nümayəndələri üçün olduqca maraq və mənfəət obyektinə çevrilib (How for-profit prisons have become the biggest lobby no one is talking about Link). Məhbusların zavod, fabrik, mədən və digər sahələrdə cüzi zəhməthaqqı ilə məcburi işə cəlbi onları müasir kölələrə çevirib (21st-Century Slaves: How Corporations Exploit Prison Labor Link) və buna dövlət tərəfindən tam səlahiyyət verilib (23 Cents an Hour? The Perfectly Legal Slavery Happening in Modern-Day America Link). Odur ki, bu ölkədə həbsxana strukturu gəlir mənbəyindən biri sayılır (The Prison Industry in the United States: Big Business or a New Form of Slavery? Link).

در زندان‌های زنان آمریکا چه می‌گذرد +عکس

Amerikada məhbuslar dövlət tərəfindən istənilən təsərrüfat və istehsal sahələrinə məcburi cəlb edilir.


Həbsxana sənət və peşəsi zaman keçdikcə xüsusi formal qanun çərçivəsinə düşərək özünə möhkəm dayaq nöqtəsi kəsb edib. Odur ki, iş prinsipində xüsusi təcrübə və peşəkarlığa böyük əhəmiyyət verilir. Məsələn, ağdərililərə nisbətdə cəmiyyətdə ictimai fəaliyyəti az olub, fiziki cüssə və qüvvəyə malik qaradərililər həbsxana məmurları üçün daha qiymətli şikar sayılırlar (Everyone does drugs, but only minorities are punished for it Link). Belə ki, bəzən xırda səhv və qanun pozuntularına görə, uzun müddət həbsxanaların qonağı olurlar. Faktlar göstərir ki, ağdərililərə müxtəlif qanun fəndləri ilə hər hansı əfv və imtiyazlar verilsə də (Heroin addiction sent me to prison. White privilege got me out and to the Ivy League. Link), qaradərililərə belə güzəştlər gedilmir (Race a Factor in Job Offers for Ex-Convicts Link).
Amma qadın həbsi faktlarına gəldikdə isə statistik məlumatlar göstərir ki, Amerikada bu faiz 1980-ci ildən 2010-cu ilədək 646-ya çatıb (We should stop putting women in jail. For anything. Link). Hal-hazırda Amerika faiz etibarilə (yüz min nəfər cəmiyyət üzrə) yalnız Tailandla bərabərlik təşkil edir (U.S. has 5% of World’s Female Population, but 30% of Women in Prison Link). Lakin NATO ölkələri ilə müqayisədə isə onlardan 8 ta 25 dəfə artıq rəqəmlər müşahidə olunur (Incarceration Rates: Women among Founding NATO Members Link).

در زندان‌های زنان آمریکا چه می‌گذرد +عکس

Həbsxanada qadınlar övlad böyütməsində böyük çətinliklərlə üzbəüzdirlər.


Amerika ştatları arasında faiz etibarilə ən az yeri alan Rod Aylend əyaləti NATO ölkələri arasında ikinci yeri tutan Portuqaliyadan iki dəfə çoxdur. Həmin ölkələr arasında qadın həbsi üzrə Portuqaliya Amerikaya nisbətdə onun səkkizdə birini təşkil edir.

Amerikada qadınların həbsə düşmələrinin səbəbi nədir?
Tarix üzrə faiz etibarı həmişə eyni cür olmayıb. Məsələn, 80 və 90-cı onilliklərdə bu sayın üç dəfə artdığı görünür (Tracking State Prison Growth in 50 States Link). Bu isə Amerikanın 20-ci əsr üzrə 8%-dən artığını təşkil edir. Hal-hazırda 206 minə yaxın qadın (100 min cəmiyyətə 127 nəfər) Amerika həbsxanalarında məhbusdur (Women's Incarceration Rate - United States 1910-2014 Link). Belə sürətli artım dırnaqarası “narkomaniya ilə müharibə” strategiyasından sonra bu qədər qabarıq forma alıb (Drug War is Filling Prisons with Women Link). Verilən son məlumatlar göstərir ki, Amerikanın 40-dan çox vilayətində qadın həbsi halları kişilərdən daha çox müşahidə olunur (The Number Of Women Behind Bars Is Skyrocketing, And Here's The Upsetting Result Link) və əksər cinayətin səbəbləri də, narkomaniya ilə əlaqələndirilir.

در زندان‌های زنان آمریکا چه می‌گذرد +عکس

Kaliforniyada 1980-ci ildən bu tərəfə 22 həbsxana tikildiyi halda yalnız bir universitet salınıb.


Amerika federal həbsxanalarından əldə edilən məlumatlarda qadınların 57%-inin həbsi səbəbləri narkomaniya ilə əlaqələndirilir və onlara nisbətdə kişilər isə 47%-i təşkil edir. Yaxud, əyalət koloniyalarında faiz 25-i göstərirsə, kişilərdə isə 16%-ə çatır. Məsələn, 2014-cü ildə Ohayo ştatı 4160 nəfər qadın həbsi ilə yeni rekord qeyd edib (More Ohio women in prison than ever before Link). Əksər aktlarda narkomaniya əsaslı səbəb kimi qeyd edilsə də, lakin həbsxana peşə və texnologiyasının tarixi (The Deadly Bi-Partisan Agreement That Brought Us Mass Incarceration with 2.5 Million Behind Bars Link) və hal-hazırkı vəziyyətini (The Money-Spinning Prison Industrial Complex Link) nəzərə alarkən qadın həbsinə bu qədər artıq maraq təsadüfi deyildir.

İşsizlik və köləlikdən ta təcavüz və hamiləlik hallarınadək!
Qadınlar üçün həbs halları kişilərdən daha çox ictimai problemlər törədə bilir. “Narkomaniya ilə müharibə” strategiyası nəticəsində hal-hazırda Amerikada 147 min uşaq valideynini (ana) görmək üçün həbsxanalara müraciət etməli olur (Drug War is Filling Prisons with Women Link). Hamilə vaxtı həbsə düşən və ya həbsxanada hamilə olan qadınlar əli-qolu qandallı övladlarını dünyaya gətirməli olurlar. 29 ştatın, o cümlədən, Kolumbiya inzibati ərazisinin qanun çərçivəsinə əsasən, bu qanun eyni cür tətbiq edilir və demək olar, heç bir ştatda bu qanunu əvəzedəcək münasib ölçü götürülmür (Giving Birth in Prison Link). Halbuki onkologiya mütəxəssisləri və insan hüquqları cəmiyyətlərinin rəyinə görə, bu iş lüzumsuz və hətta ana və övlad üçün zərərli hesab edilir. Məlumdur ki, ananın doğum halında əl-ayağının qandallı olması özünə nə qədər çətin olduğu halda başı üzərindəki həkim qrupu üçün də, bir o qədər problemlər törədir. Çox vaxt ana doğumdan sonra öz övladını tək əli ilə qucağına almalı olur (Giving Birth in Shackles Link). Amerika məhkəmə qanun çərçivəsi məsələni daha da, sərtləşdirərək təvəllüddən sonra ana-övlad arasındakı rabitəni tamamilə qeyri-mümkünləşdirir. Əksər hallarda doğumdan sonra bilafasilə övlad anasından alınaraq qadın həbsxanaya göndərilir (When "Free” Means Losing Your Mother: The Collision of Child Welfare and the Incarceration of Women in New York State Link) və uşaq isə onun ailəsinə və ya yetimxanaya təhvil verilir (Women’s Prison Association, Institute on Women & Criminal Justice. (2009). Mothers, infants and imprisonment: A national look at prison nurseries and community-based alternatives. New York: Women’s Prison Association.).
Bəlkə də, qeyd edilənlər Amerikada həbsdə olan qadınlar üçün nisbətən yüngül hallar sayıla bilər. Məsələn, 2013-cü ildə bu haqda aparılan xüsusi tədqiqat göstərdi ki, 2006-2010-cu illər arasında təkcə Kaliforniya ştatının iki həbsxanasında 130-a yaxın qadın haqqında heç bir lazımi sənəd verilmədən məcburi surətdə sonsuzluq əməliyyatına vadar edilib (A Closer Look at Prison Sterilizations and the Doctor Said to Champion Them Link). Dəfələrlə Kaliforniya həbsxanası üzrə baş həkim Ceymz Haynrikdən cərrahi əməliyyatlarda səhvlərinə, hamilə qadınların bətninə zərər yetirdiyinə görə şikayət edilsə də, onun həkim qrupuna dövlət tərəfindən 147 min dollar vəsait ayrılıb (Calif. prison doctor linked to sterilizations no stranger to controversy Link).

در زندان‌های زنان آمریکا چه می‌گذرد +عکس

Əksər şikayətlərdə məhbus qadınların doktor Ceymz Haynrikin şəxsi rəyi ilə sonsuzluğa məsləhət verildiyi bildirilir.


Mövcud faktlara əsasən, 2006-dan 2008-ə qədərki illər arası orta hesabla hər il Haynrikin vasitəsilə 150 qadın üzərində sonsuzluq əməliyyatı aparılıb (A Closer Look at Prison Sterilizations and the Doctor Said to Champion Them Link). Onun öz dediyinə görə, bu əməliyyatlara görə aldığı maaş dövlətin sonradan təsadüfi (bic) dünyaya gələ biləcək uşaqlar üçün ayırmalı olacağı sosial təminat müqabilində, elə də, böyük məbləğ sayılmır (148 California Female Prison Inmates Were Illegally Sterilized Link). Belə müddəalara əsasən, əksər həbsxanalarda rəsmi orqanlar tərəfindən hamilə qadınların abortuna da, bir növ bəraət qazandırılır (Do Prisoners Have Abortion Rights? Link).
Qadınların həbsxanalarda hamilə qalması, doğum halları və sonsuzluğa vadar edilməyi kimi çətinliklərə rəğmən, bunları onların kiçik problemləri sanmalıyıq. Onların qarşılaşdığı ən böyük dərdli hallar isə əslində istənilən vaxt cinsi təcavüzə məruz qalmalarıdır və bunu Konqresin özü Amerika həbsxanalarında cinsi epidemiya adlandırıb (Do Prisoners Have Abortion Rights? Link). Amerika insan hüquqları cəmiyyətinin verdiyi məlumata görə, qadınların ən azı 15%-i həbsxanaların məmur və rütbəli şəxsləri, yaxud da, özləri tərəfindən cinsi təcavüzə məruz qalır (US: Federal Statistics Show Widespread Prison Rape Link). Amma əksər ictimai fəallar Federal Məhkəmə Sistemi tərəfindən verilən bu məlumatı qeyri-dəqiq adlandıraraq həqiqətin bundan qat-qat artıq olduğunu bildirirlər (Advocates Dispute Agency Finding on Sex Abuse of Juvenile Inmates Link).

در زندان‌های زنان آمریکا چه می‌گذرد +عکس

Amerikada ən çox cinsi təcavüz qeydə alınan “Julia Tutwiler” həbsxanasıdır.


Faktlara əsasən, cinsi təcavüz hallarının 98%-i həbsxanaların öz məmur və rütbəli şəxsləri tərəfindən törədilir (Cross-Gender Supervision in Prison and the Constitutional Right of Prisoners to Remain Free from Rape Link). Çünki orta hesabla əksər qadın islah koloniyalarında fəaliyyət göstərən işçi və məmurların 41%-ini kişilər təşkil edir. Belə ki, qanun üzrə onlar istənilən vaxt məhbusları çılpaq halda yoxlanışdan keçirə bilərlər və istənilən vaxt onlara hər hansı əmri tətbiq etməyə qadirdirlər. Görünür belə düşünülməyən qərar və ixtiyarlar bais olur ki, hətta Amerika həbsxanaları üzrə rəsmi məmur və işçilərin 7%-ni təşkil edən qadınlar da, həmin cinsi təcavüzlə qarşılaşmalı olurlar. Bir sıra məlumatlara görə, qadın koloniyalarında fəaliyyət göstərən böyük rütbəli şəxslər (kişilər) öz məqamından sui-istifadə etməklə onları müxtəlif bəhanələrlə hədələyərək belə azğınlıqlara məcbur edirlər.

Minləri keçən məlumat və faktlar göstərir ki, rütbəli şəxs və məmurlar məhbuslara narkotik maddələr ötürməklə, yaxud saxta qanun pozuntusuna yol verdiyini bəhanə edərək tək kameraya salınacağını hədələməklə və ya ailələri ilə görüşdən məhrum ediləcəyini bildirməklə onları cinsi rabitəyə məcbur edirlərmiş. Məsələn, 2014-ci ilin əvvəllərində Alabama ştatının “Julia Tutwiler” həbsxanasında baş verənlərin ifşa edildiyi xəbərdə bildirilir ki, məmurlar məhbusları cinsi rabitəyə məcbur etməklə bərabər onları göz qabağında tualetdə oturmağa, çılpaq formada bədən fiqurası müsabiqəsində iştirak etməyə və s. dözülməz hallara vadar edirlərmiş. Hadisənin qurbanlarının etiraflarına əsasən, çoxları belə hallardan sonra həbsdə ikən hamilə qalırlarmış (Women allege widespread sexual abuse at Alabama prison, nonprofit group says Link).

در زندان‌های زنان آمریکا چه می‌گذرد +عکس


Psixoloq və konsultantların fikirlərinə əsasən, belə ağır şəraitdə cinsi təcavüzə məruz qalaraq fizioloji və ruhi-psixi zərbə görənlərin yenidən həyata qayıtması, ailə qurması və övlad dünyaya gətirə bilməyi dərin kabusa bənzəyir. Qadın kimi zərif bir məxluqun belə hallarla qarşılaşmağı nə qədər çətindir və bu isə onların başına gələnlərin kiçik bir hissəsidir.
Amerikada həbsə düşən qadınlar təkcə məmurlar tərəfindən deyil, hətta özləri tərəfindən də, belə təcavüzlərə məruz qalırlar. Statistik məlumatlarda məhbusun məhbus tərəfindən təcavüzə məruz qalmağı qadınlar içrə 13.7% olub, üç dəfə kişilərdən (4.2%) artıqdır (PREA Data Collection Activities, 2012 Link). Belə artımın səbəbi, ola bilsin, Amerika rəsmi orqanlarının nəzərində qadının qadın tərəfindən təcavüzə məruz qalmağı əsl mənada təcavüz hesab edilmədiyindən irəli gəlir və odur ki, belə hallara qarşı xüsusi tədbir görülmür.
Amerika Federal Məhkəmə Sisteminin digər statistik məlumatında təcavüzə məruz qalan hər 10 nəfər məhbus kişidən 9 nəfərinin (Sexual Victimization in Juvenile Facilities Reported by Youth, 2012 Link) belə işə vadar edilməyi qadın məmurlarının əli ilə baş verir (9 Out of 10 Sex Abuse Victims in Prisons Are Males Abused By Female Staffers Link). Görünür, qarşıya çıxan hallar həmin qadın məmurların özləri və məhbus qadınların başına gətirilənlərin nəticəsindəki intiqam hissindən doğur.

در زندان‌های زنان آمریکا چه می‌گذرد +عکس


Qeyd edilənlər Amerika islah koloniyalarında qadınların başına gələnlərin hamısı deyil. Onlar nökər, qul formasında istənilən işə məcbur edilir, əvvəldə vurğulandığı kimi, bir çoxları üçün maddi mənafe mənbəyi sayılırlar. Məlum xəbərlər üzrə, əksər hallarda onlar bir çox istehsalat və sənaye işlərinə cəlb edilirlər (Tomgram: Fraser and Freeman, Creating a Prison-Corporate Complex Link). Hətta onların zərərli sahələrdə də, işə cəlb olunmağı mümkün hal sayılır. Məsələn, 2013-cü ildə Florida ştatının “Mariyana Federal İslah Koloniyası”nın məhbus və məhbus ailələri tərəfindən Amerika Federal Məhkəmə Sisteminə edilən şikayətdə qeyd edilir ki, məhbuslar həmin koloniyanın sənaye bölməsində sıradan çıxmış kompüter və elektrik cihazların utilizasiyası (yenidən istehsalı) işində məcburi əməyə cəlb edilirlərmiş (Federal Prison Industries Link). Mütəmadi iş prosesində onların qurğuşun, civə, kadmim və s. metalların zəhərli tozuna məruz qaldıqları, sonradan qan xərçənginə, dəri, ağ ciyər və böyrək xəstəliklərinə, daimi baş ağrılarına, əsəb pozuntularına tutulduqları üzə çıxırmış (The Pentagon and Slave Labor in U.S. Prisons Link). Halbuki belə şəraitdə fəaliyyət üçün onlar heç bir maska, filtr və s. kimi lazımı təchizatla təmin edilmirlərmiş.

در زندان‌های زنان آمریکا چه می‌گذرد +عکس
Amerikada məhbuslar dövlət üçün gəlir mənbəyi sayılır


Bu nisbətən müxtəsər məqalədə qadın koloniyalarında baş verən qətl, intihar (Why Are So Many Women Attempting Suicide In California’s Prisons? Link), psixi-ruhi (Johnson, Kristine A.; Shannon M. Lynch (19 March 2014). "Predictors of maladaptive coping in incarcerated women who are survivors of childhood sexual abuse". Family Violence 28 (1).), spid kimi xəstəliklər (America's 10 Worst Prisons: Julia Tutwiler Link), narkomaniya, yenidən cəmiyyətə qayıtma və onlarla digər problemlərə toxunmağa imkan yoxdur və bu haqda qalaq-qalaq material vardır…
Bütün linklər nur-az.com-un istinad etdiyi mashreghnews.ir-da dərc edilib.

Nuraz.in/mashreghnews


1419 بازدید