Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Fevral 2016

Həzrət Əli (ə) iki ovcunu Kövsər suyu ilə doldurub onun üzünə atdı...

Əl-Qədir sahibinin xatirəsinə
Əllamə Əmininin oğlu atasının vəfatından sonra Nəcəfdən Tehrana getmək istəyəndə Ayətullah Seyid Məhəmmədtəqi Ali Bəhrulülumla xudahafizləşməyə gedir. Alim ona bir əhvəlat danışır:
Əmininin vəfatından sonra düşünürdüm ki, ömrünü Həzrət Əliyə (ə) fəda etmiş bu insanla axirətdə Mövlanın rəftarı necə olacaq? Bu barədə çox fikirləşirdim. Bir gün yuxuda gördüm qiyamət qopub, həşr aləmidir. Səhrada toplanmış əzəmətli cəmiyyət bir istiqamətdə baxır. Soruşdum ki, haraya baxırsız? Dedilər Kövsər hovuzu ordadır. Yaxına getdim. Külək hovuzdakı suyun üzünü ləpələndirirdi. Həzrət Əli (ə) hovuzun kənarında dayanmışdı. Büllur stəkanları doldurub adamlara verirdi. Birdən cəmiyyət hər