Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Fevral 2014

İmam Hüseynin Zübeyrlə qohumluğu

İmam Hüseynin (ə) qızı Səkinin Zübeyrin oğlu ilə izdivacı sual yaradan mövzulardandır. Ümumiyyətlə əqidə və mövqe baxımından fərqli insanların qohumluğu sul yaratmalıdırmı? Saleh bir şəxs hər hansı bir səbəbdən saleh olmayan biri ilə ailə quranda nə olar? Bu vaxt slahe yoldan çıxar, yoxsa saleh olmayan şəxs yola gələr? Bu günkü cəmiyyətimizdə belə izdivaclar normal qarşılanmalıdırmı?

Əgər həzrət Lutun zövcəsi iman gətirmədisə və ilahi əzaba düçar oldusa bu məsələ həzrət Lutun məqamına kölgə salırmı? Mömin Asiyanın Fironla izdivacı Fironun məqamını yüksəltdi, yoxsa Asiyanın məqamını alçatdı? Əgər İmam Həsən (ə) sonda onun qətlinə əl aparmış Codə ilə ailə qurdusa bu izdivac onun imamət məqamına zərbə vurdumu? İmam Cavad (ə) Məmunun qızı Ümmül Fəzllə izdivaca məcbur edildi. Sonda bu qadın İmamın şəhadətinə qol qoydu. İmamın vilayət və imamət məqamına kölgə düşdümü? Tarixdə yüksək məqamlı insanların alçaq fərdlərlə izdivacı yetərincədir.

İnformasiya müharibəsinin məqsədlərindən biri həqiqətlərin təhrifi, dini təlimlərin çirkin məqsədlərə uyğunlaşdırılmasıdır. Hazırda Hind və ya İran seriallarında da feminist baxışlar müşahidə olunur. Qadın, izdivac, eşq filmin əsas qayəsini təşkil edir. İnsanlarda yanlış təsəvvürlər yaradılır. Zehnləri azdırıcı suallarla doldururlar. Nə üçün Peyğəmbər (s) Aişə ilə ailə qurdu? Nə üçün Əlinin (ə) qızı Ömərlə izdivac etdi? Nə üçün İmam Hüseyn (ə) qızını Zübeyrin oğluna ərə verdi. Ümumiyyətlə bu sullara cavab tapmağın faydası varmı? İslam belə izdivacları pisləyibmi?

Bəzən bir izdivac İslamın taleyində aparıcı rol oynayır. Həzrət Peyğəmbərin (s) həzrət Xədicə ilə izdivacı, həzrət Əlinin (ə) xanım Fatimə (s) ilə ailə qurması, İmam Həsən Əsgərinin Nərcis banu ilə evlənməsi İslam tarixinə təsirli hadisələrdir.

Qayıdaq əsas suala, İmam Hüseynin (ə) qızı Səkinənin Zübeyrin oğlu ilə izdivacına. Əvvəla Səkinə çox mənbələrdə qeyd olunduğu kimi Münzər yox, Müsəblə ailə qurub. Zübeyr özü İslam tarixində tanınmış şəxsiyyətlərdəndir. Hədislərə görə o öz qılıncı ilə Peyğəmbəri çox sevindirib. Peyğəmbərdən sonra həzrət Əlinin (ə) ağır ötən 25 il ömründə həzrətlə çiyin-çiyinə dayanıb. Təəssüf ki, sonda mövqeyini dəyişib. Əmirəlmöminin (ə) Zübeyr haqqında buyurur: "Zübeyr, oğlu Abdullah boya-başa çatana qədər daim biz Əhli-beytlə olub." Yəni oğlu Zübeyri yoldan çıxarıb.

Zübeyrin bir neçə oğlu vardı, onlardan biri də Abdullah idi. Başqa bir oğlunun adı Müsəb idi. Müsəb İmam Hüseynə (ə) aşiq idi, onu özünə nümunə sayırdı. İki məqsədi vardı: Biri Kufə hökuməti, o biri İmam Hüseynin qızı ilə izdivac.

Xanım Səkinənin bu izdivaca razı olub-olmaması barədə məlumatımız yoxdur. Ümumiyyətlə bu izdivacı zəruri edən səbəbdən xəbərsizik. Tarixdə qeyd olunan budur ki, xanım Səkinə Müsəbdən ayrılıb. Mənbələrdə bu da yazılır ki, Müsəbin bacısı Əbdülməlikin yanına gedib deyir ki, əgər zəruət yaranmasaydı bizə rəğbəti olmayana rəğbət göstərməzdik. Müsəbin bacısının sözündən belə bir qənaətə gəlirik ki, bu izdivac zorakı bir izdivac olub.

Nur-az.com/aviny


1549 بازدید
در حال ارسال اطلاعات...