Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Fevral 2014

İmam Hüseynin Zübeyrlə qohumluğu

İmam Hüseynin (ə) qızı Səkinin Zübeyrin oğlu ilə izdivacı sual yaradan mövzulardandır. Ümumiyyətlə əqidə və mövqe baxımından fərqli insanların qohumluğu sul yaratmalıdırmı? Saleh bir şəxs hər hansı bir səbəbdən saleh olmayan biri ilə ailə quranda nə olar? Bu vaxt slahe yoldan çıxar, yoxsa saleh olmayan şəxs yola gələr? Bu günkü cəmiyyətimizdə belə izdivaclar normal qarşılanmalıdırmı?

Əgər həzrət Lutun zövcəsi iman gətirmədisə və ilahi əzaba düçar oldusa bu məsələ həzrət Lutun məqamına kölgə salırmı? Mömin Asiyanın Fironla izdivacı Fironun məqamını yüksəltdi, yoxsa Asiyanın məqamını alçatdı? Əgər İmam Həsən (ə) sonda onun qətlinə əl aparmış Codə ilə ailə qurdusa bu izdivac onun imamət məqamına zərbə vurdumu? İmam Cavad (ə) Məmunun qızı Ümmül Fəzllə izdivaca məcbur edildi.