Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Fevral 2016

İLAHI MƏHƏBBƏT VƏ ONA APARAN YOL

Həqiqətən, ilahi məhəbbətə yol tapmış kəs məhəbbəti lazımınca dəyərləndirir
Allah-Taala öz rəsuluna xitab edərək buyurur: "Xalqın dörd dəstəsinə mənim məhəbbətim vacibdir."(Burada vəzifə vacibliyi yox, ilahi məhəbbətin qəti subutu nəzərdə tutulur.)

1-ci dəstə: Bir-birlərini mənə görə dost tutanlar;
2-ci dəstə: Mənim bəyənmədiyim insanlarla dostluqdan çəkinənlər və düşmənlərimlə rabitəni kəsənlər. Başqa sözlə, onlar nəfs istəklərinə görə Allahın razılığı olmayan əlaqə qurmuşlarsa, ilahi məhəbbət naminə həmin dostluq əlaqəsini kəsirlər;
3-cü dəstə: Mənə görə bir-birləri ilə əlaqə quranlar (Allaha xatir aralarındakı kin-küdurəti unudaraq əlaqə quranlar);
4-cü dəstə: Mənə təvəkkül edənlər.


Həqiqətən, ilahi məhəbbətə yol tapmış kəs məhəbbəti lazımınca dəyərləndirir. Allahın öz bəndəsinə məhəbbəti ilə müqayisə olunacaq ikinci bir şey yoxdur. İnsanlar, adətən, bu dünyada başqalarının məhəbbətini qazanmağa çalışırlar. Əlbəttə ki, səylər müxtəlifdir. Çalışqan insanlar xalqın qəlbində yer tapmaq üçün daha çox cəhd edirlər. Amma axirət aşiqləri bu növ məhəbbətlə kifayətlənmirlər. Onlar məhəbbəti bütün dünyadan daha dəyərli olan birinin sorağındadırlar. Möminlər həmin bu məhəbbəti əldə etmək üçün hər şeydən, bütün dünyadan keçirlər. Əfsus ki, çox az insanlar bu məhəbbətin həqiqi dəyərini bilirlər.
İlahi məhəbbətin dərkinin də dərəcələri vardır. Bu məhəbbətdən azca xəbərdar olanlar sırf cəhalətə düçar olmurlar. Belə bir mənanı dərk etdikdən sonra çalışmaq, bu yolda bütün imkanlardan istifadə etmək lazım gəlir.

Uyğun hədisin davamında oxuyuruq: “Bir-birlərini mənə görə dost tutanlar üçün mənim məhəbbətim vacibdir.” Bəli, Allah dostları ilə dostluq ilahi məhəbbətin izharıdır. Təbii ki, hər hansı bir varlığa məhəbbət onun ətrafındakılara da sirayət edir. Allahı sevən insan, şübhəsiz ki, ona yaxın olanları da sevir. Bu, məhəbbətin təkvini (təbii, fitri) əsərlərindəndir. Bir kəsi sevib, onun əlaqəli olduqlarını sevməmək mümkünsüzdür. Ona görə də Allahı sevən şəxs Allaha daha yaxın olanları da sevir. Bu zümrədən olanlar ilk öncə həzrət Peyğəmbər (s) və məsum imamlara məhəbbətlərini izhar edirlər. Sonra növbə onlara yaxın şiələrə çatır. Çünki şiələr ilahi övliyaların göstərişinə hamıdan çox əməl edənlərdir.


1065 بازدید
در حال ارسال اطلاعات...