Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Fevral 2014

Mən sizin qonşunuzam...

Mən sizin qonşunuzam. Bu küçə və məhəllədə, yaxınlıqda yaşayıram. Mən “məscid”əm, Allahın evi və müsəlmanların ibadətgahı. Baxmayaraq ki, mən gündə iki-üç dəfə evimin qapısını sizin üzünüzə açıram və bir neçə saat sizi gözləməli oluram. Amma sizlərdən bəziləri mənim sorağıma gəlmir, mənimlə ünsiyyətdə olmur. Elə bil mənimlə küsmüsünüz. Mən ki, həmişə sizin qəlblərinizi işıqlı və ürəklərinizi saf etmişəm. Mən ki, sizə həmişə ruh aramlığı vermişəm.
Ola bilsin bəzi vaxtlar məscidin xadimi, ya insanların sözləri sizi narahat etmiş olsun, lakin niyə mənimlə və mənim sahibim Allahla niyə küsmüsünüz? Mən hər zaman sizinlə barışığa, dostluğa və sizin əlinizi sıxmağa hazıram. Allah-Taala buyurub ki, məscidi abadlaşdırın və mənim abadlaşmam sizin hüzurunuzla olur. Məni, əzəmətli camaat nam