Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Fevral 2016

Samirra aslanı: Rəhbərin Malik Əştəri olmalıyıq!

Şəhidin körpə yadigarlarını böyüdən gənc ananın xatirələri
Hərəm müdafiəçisi, "Samirra aslanı" adlandırılan Mehdi Novruzi h-ş. 1393-cü il (ötən il), 21 deydə Samirrada şəhadət dərəcəsinə çatıb...

Şəhid Mehdi Novruzinin xanımı Məryəm Əzimi hərəm müdafiəçisinin ruhiyyəsindən danışır... (shabestan.ir)

O, Rəhbəri çox sevirdi. Nə iş görürdüsə Rəhbərin münasibətilə maraqlanırdı. Hər zaman Rəhbərin göstərişləri üzrə hərəkət etdi.
Bəzən ortaya siyasi sual çıxanda Rəhbərin buyuruqlarını araşdırardı ki, onun fikrini öyrənsin. Deyirdi ki, problem yarananda son söz Rəhbərin sözüdür.
Deyirdi ki, Rəhbərin Malik Əştəri olmalıyıq. Əmirəlmöminin (ə) vilayəti dövründə cəmiyyəti Malik istiqamətləndirirdi. Bu gün həmin vəzifə bizim üzərimizə düşür, biz rəhbərimizi himayə etməliyik. Rəhbərə çox diqqətli idi. Televizorda görəndə vücudunu həyəcan bürüyürdü.
Dəfələrlə Rəhbərlə görüşmüşdü. Amma cəmiyyətdə yayılan fotodakı görüşdə Rəhbərə ağız açır, ondan bir xahiş edir. Deyir dua edin ki, şəhid olum. Rəhbər də “aqibətin xeyir olsun” buyurur.
Rəhbərin dəftərxanasından zəng vurdular, xüsusi bir görüş üçün vaxt təyin etdilər. Təxmin etdim ki, Rəhbəri görmək qismətimiz olacaq. Çox fikirləşdim ki, Məhəmməd Hadiyə nə geyindirim bu görüşə münasib olsun? Nəhayət, qərara gəldim ki, Mehdinin yadigarını Ağa ilə görüşə döyüşçü geyimində aparım. Cənab Rəhbərə dedim ki, bu görüş Mehdinin şəhadətindən sonra bizim üçün ən böyük təskinlik oldu...

Vilayet.info


1213 بازدید
در حال ارسال اطلاعات...