Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Fevral 2016

Mərhum Ayətullah Behcətin gündəlik proqramı necə olub?

Hər gün sübh azanından bir-iki saat qabaq yuxudan durub ibadətlə məşğul olar və fürsət tapanda mütaliə edərdi.
Onun gündəlik proqramı həmişə xüsusi nizam üzrə olub. Mərcəi-təqlid olmazdan əvvəl və ya sonra onun bu proqramlarında heç bir dəyişiklik baş verməyib. Ayətullah Behcət vaxtını ibadət, zikr, təfəkkür, mütaliə, tədris etməklə və ya vacib məişət işlərini görməklə keçirərdi. Tarix boyu böyük dini şəxsiyyətlər ömürlərinin hər anından səmərəli istifadə etməyə çalışmışlar.
Hər gün sübh azanından bir-iki saat qabaq yuxudan durub ibadətlə məşğul olar və fürsət tapanda mütaliə edərdi. Namazını əvvəl vaxtında öz mənzilində qılar, bir az keçəndən sonra isə camaat namazı qılmaq üçün məscidə gedərdi. Camaat namazından sonra xüsusi təqibatı yerinə yetirib hərəmə yollanar, təqribən saat 930-da evə qayıdardı. 10-15 dəqiqə oturub dincini alandan sonra tədris etmək üçün “Fatimiyyə” məscidinə gedərdi. Dərsdən sonra bir az mütaliə edib, camaat namazı qılmağa hazırlaşar, namazdan sonra müraciət edənləri qəbul edər, sonra isə nahar yeməyini yeyərdi. Günün qısa və uzun olmasını nəzərə alaraq bir-iki saat istirahət edəndən sonra yenə tədris etmək üçün məscidə yollanar və dərsdən sonra fasiləsiz şam namazına hazırlaşardı. Evə qayıdan zaman qaranlıq bir otaqda namazdan sonrakı xüsusi ibadətləri yerinə yetirər, bir stəkan çay içib, mütaliə ilə məşğul olar və sonra isə şam yeməyini yeyib istirahət edərdi.


1209 بازدید
در حال ارسال اطلاعات...