Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Fevral 2016

Hansı şəxslərdən məsləhət almaq olar?

Bilmədiyin bir işdə, hətta qeyri-müsəlmana məsləhət vermək böyük günahdır
Sual: Hansı şəxslərdən məsləhət almaq olar?

Cavab: Şübhəsiz ki, hər adamla məsləhətləşmək insana xeyir gətirməz. Xaraktercə zəif və nöqsanlı məsləhətçinin göstərdiyi yol, insanı uçuruma apara bilər. Əmirəlmöminin İmam Əli (ə) buyurur: «Üç qəbil insanla məsləhətləşmə: Paxıl, qorxaq və tamahkar insanlarla. Paxıl səni kasıbçılıqla qorxudub, başqalarına əl tutmaqdan çəkindirər. Qorxaq mühüm işlərin yerinə yetirilməsinə mane olar. Tamahkar isə, var-dövlət və vəzifə qazanmaq xatirinə, zülmə mərhəmət donu geyindirər». («Nəhcül-bəlağə».)

İslam dinində məsləhət istəyən adama xəyanət edib səhv yol göstərmək, böyük günahlarda