Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Fevral 2016

“Həqiqəti deməkdən yorulmayacağam!”

Ayətullah Xamenei 29 bəhmən qiyamının ildönümü ərəfəsində Təbriz əhalisi ilə görüşüb
Təbriz xalqının 1356-cı il, 29 bəhmən qiyamı İslam İnqilabı tarixində dönüş nöqtəsi olub. Bu qiyam vilayətçi Azərbaycan xalqının bəsirətini göstərir.
Cənab Rəhbər Ayətullah Xamenei Azərbaycan əhalisinə inqilaba xidmətlərinə görə təşəkkür etdikdən sonra buyurub:
22 Bəhmən qəhrəmanlığına görə İran xalqına səmimi qəlbdən təşəkkür edirəm. İnqilab bayramınız mübarək olsun və həmd olsun Allaha ki, mübarək olub.
Düşmən çalışır ki, ictimai fikri öz çirkin planlarından yayındırsın. Seçkilərə müdaxilə etmək istəyirlər. Xalq oyaq olsun, düşmənin istəkləri qarşısında dayansın.
Həqiqəti deməkdən yorulmayacağam. Millətə deyiləsi sözü deyəcəyəm.
Mən kimisə xəyanətdə ittiham etmirəm. Nəzarət Şurasını şübhə altına almaq seçkiləri, məclisi, 4 il qanunvericiliyi şübhə altına almaqdır. Bunu deməliyəm və hamı bilməlidir.
Məclis dövlətin hərəkəti üçün yol təyin edir. Əgər məclis xalqın rifahı, ədalət, elmi tərəqqi, istiqlal ardıncasa yol da bu məqsədlərə doğru olacaq.
Xibrə Məclisi çox mühüm orqandır. Lazım gələndə rəhbəri təyin edir. Əgər Xibrə Məclisinin üzvləri inqilaba, xalqa bağlı, düşmənin fitnələri qarşısında oyaq olsa bir şəkildə, oyaq olmasa başqa şəkildə hərəkət edər. Buna görə də düşmən Xibrə Məclisi üzərində həssasdır.

Vilayet.info


964 بازدید
در حال ارسال اطلاعات...