Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Fevral 2016

Yubadılmış işə zəhməthaqqı almayan dərzi

Ustad Məhəmmədkazim Niknam Şeyx Rəcəbəli Xəyyatdan danışır
Mərhumun oğlundan xahiş etdim ki, “Kimyayi-mohebbət”, “Təndisi-ixlas” kitablarında olmayan bir xatirə danışsın. Bir qədər fikirləşib dedi: Bir kişi atama köynək (tikişi) sifariş vermişdi. Köynəyin nə vaxt hazır olacağını soruşanda atam demişdi ki, çərşənbə günü ölçü yoxlamağa, cümə axşamı günü təhvil almağa gələr. Kişi çərşənbə günü gəldi, atam köynəyi geyindirib, artıq-əskiyini nişanladı. Amma cümə axşamı günü gələndə məlum oldu ki, köynək hələ hazır deyil. Atam üzr istədi ki, qəfil iş çıxıb ortaya, çatdıra bilməyib. Müştəri təbəssümlə dedi ki, Şeyx, könək sizi görmək üçün bir bəhanədir, narahat olmayın. Bir neçə gün sonra kişi köynəyi təhvil götürəndə atam bir də üzr ist