Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Fevral 2016

Mursi xalqa yox, ABŞ və İsrail arxalandı

Misir inqilabının düşmən fitnəkarlıqlarını İmam Xomeyni kimi görən rəhbəri yox idi
Məhəmməd Muradi Misirdən yazır (KHAMENEİ.İR)

Misir xalqı özünü “Ümmüd-dunya”, yəni dünyanın anası (ام ‌الدنیا) adlandırır. Bu təbirdə ifrat olsa da, Misirin İslam, xüsusilə ərəb dünyasında yerini göstərir. Misir dünya əhəmiyyətli Süveyş kanalına nəzarət edir, İsraillə qonşudur. Misir 1948-ci ildə Camal Əbdünnasirin rəhbərliyi ilə işğalçı İsrailə qarşı mübarizə bayrağı qaldırdı. Qahirənin qərarları əksər ərəb ölkələrində qəbul olunurdu. Yalnız 1978-ci ildə İsraillə Kemp-Devid razılaşması əsasında qərbin hökmranlığı altına düşdü.
2011-ci ildə başlayan İslam Oyanışı Hərəkatı Misirə təsirini göstərdi. Misir xalqı ayağa qalxdı və diktator Hüsni Mübarək hakimiyyətdən uzaqlaşdırıldı. Ərəblər arasında məşhur məsəl var ki, Misir asqırsa bütün ərəb dünyası soyuqlayar. Beləcə, Misir inqilabı Şimali Afrika daxil olmaqla ərəb dünyasını əhatə edə bilərdi. Amma çox çəkmədi ki, İxvanul-musliminin himayə etdiyi prezident Mursi işdən kənarlaşdırıldı, hakimiyyət hərbçilərin əlinə keçdi. Regionu dəyişmək gücündə olan Misir inqilabı beləcə sıfır nöqtəsinə qayıtdı. Bunun əsas səbəbi “rəhbərsiz inqilab” modelinin seçilməsi oldu, Misir inqilabının düşmən fitnəkarlıqlarını İmam Xomeyni kimi görən rəhbəri yox idi. Misir inqilabı Amerika və İsrailin hökmranlığına qarşı idisə, Mursi xalqa yox, bu iki dağıdıcı qüvvəyə arxalanmağa qərar verdi. ABŞ və İsrail isə ilk fürsətdə daha münasib Sisini hakimiyyətə gətirdi. Misir daxilində də əksinqilabçı qüvvələr vardı və hələ də hakimiyyətdə post tuturdular...

Vilayet.info