Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Fevral 2014

Ağıl qarşısında maneələr

Bu yazıda Ayətullah Məzahirinin əxlaq dərsləri nəzərdən keçirilir. Qurani-Kərimdə buyurulur ki, cəhənnəm əhli cəhənnəmdə "ağlımız olsaydı cəhənnəmə düşməzdik" deyəcək. Eşidən qulağı, düşünən beyni olan cəhənnəm yolunu tutmaz.

Ayətullah Məzahirinin insanın süqutunda ağılın rolu mövzusunda söhbəti bir çox qaranlıq nöqtələri işıqlanrdırır. Sual yaranır ki, hansı amillər ağıla mane olur? Necə olur ki, insan ağlını kənara qoyub azğın nəfs istəklərinin təsiri altında cəhənnəmə üz tutur?

İlk maneə nədir? Ağıla "qəlb qəsavəti" deyilən qəlbidaşlığın mane olduğu önə çəkilir. Zumər, 22: "Məgər Allahın köksünü (qəlbini) islam üçün açmaqla Rəbbindən nur üzərində olan kəs (qəlbi möhürlənmiş kimsə kimi ola bilərmi)?! [Və ya: Məgər Allahın köksünü (qəlbini) islam üçün açdığı kəs Rəbbindən bir nur üzərində deyilmi?!] Elə isə vay qəlbləri Allahın zikrinə (Qurana) qarşı sərt olanların halına! Onlar (haqq-yoldan) açıq-aydın azmışlar." Bəqərə surəsinin 74-cü ayəsində oxuyuruq: "Bundan (bu əhvalatdan) sonra qəlbləriniz yenə sərtləşərək daş kimi, bəlkə, daha da qatı oldu. Həqiqətən, bəzi daşların içərisindən nəhrlər axar, bəzisi yarılıb içindən su fışqırar və bəzisi də Allahın qorxusundan (uca yerlərdən, dağdan) yuvarlanıb düşər. Allah sizin etdiklərinizdən, əlbəttə, qafil deyildir!" Bəli, əgər insan qəlbinin pasını təmizləməsə qəlb bulaşar, daşlaşar və bu vəziyyətdə düşünmək qeyri-mümkün olar. Qəlbin qəsavəti elə onun qaralmasıdır. İnsan ruhu fitrət, əxlaqi vicdan və ağılla diri qalır. Əgər bu qüvvələr üzərinə pərdə çəkilsə qəlb qaranlığa bürünür.

İnsan cism və ruhdan təşkil olunmuşdur. Ruh elə qəlbdir. İnsanın ilahi yönü onun ruhudur. Hicr, 29: "Mən ona surət verib ruhumdan üfürdüyüm zaman siz ona (ibadət yox, təzim məqsədilə) səcdə edin!" Əslində insan onun mahiyyətini təşkil edən ilahi ruhu dərk etməkdə acizdir. Bildiyimiz budur ki, bu ruh sayəsində insan yaranmışların üstünü olub.

İnsanın ikinci yönü heyvani yön, maddi vücuddur. İnsan bu iki hissədən yaranıb. Bu günə qədər heç bir fəqih, heç bir filosof bu mürəkkəb varlığın tərkibini anlaya bilməyib. Çünki mürəkkəbin növləri var. Mürəkkəbdə cüzlər bərabər və ya dərəcələnmiş ola bilər. Aydın olan budur ki, insan fiziki varlığına, heyvani yönünə daha çox əhəmiyyət verdikcə ruhu zəifləyir.

İnsanın ilahi yönünün, ruhunun meyvəsi ağıldır. Əgər insan ağılına istinad etsə şeytan onu azdıra bilməz. Əgər bir insan şeytana uyursa öncə ağlını əldən verir. Bəqərə, 10: "Onların ürəyində mərəz (nifaq və həsəd mərəzi) var. Allah onların (şəkk, kin və nifaq) mərəzini daha da artırar. Yalan dedikləri üçün onlar şiddətli bir əzaba düçar olacaqlar!" Nəml, 80: "Şübhəsiz ki, sən nə ölülərə (haqqı) başa sala bilər, nə də dönüb gedən karlara (haqqa) çağırışı eşitdirə bilərsən!" Bəli, Peyğəmbərə xəbəbrdarlıq olunur ki, qəlbi ölmüş insan özü də ölü kimidir, ona nəsə anlatmaq olmaz.

İmam Sadiq (ə) buyurur: "İnsan günah edəndə qəlbində qara nöqtə yaranır. Dərhal tövbə etsə günah və qara nöqtə paklanır. Əgər ikinci günaha batsa qara nöqtə böyüyür, günah günah üstə gəldikcə bütün qəlb zülmətə bürünür. Belə bir şəxs daha nicat tapa bilməz." (Üsuli-Kafi). Qəlbini zülmət bürümüş, qəlbi daşlaşmış insan həqiqi xoşbəxtliyi dada bilməz. Çünki fitrəti, vicdanı, ağılı üzərinə pərdə çəkilib. Bu insan həqiqəti dərk etməkdə acizdir.

İlk addımda insan qəlbi tozlanır. Ruh çox lətif, zərifdir. O nur olduğundan çox həssasdır. Demək, insan öncə ehtiyatlı olmalıdır ki, ruhun lətafəti, zərifliyi itməsin. İnsan gün uzunu boş söhbətlərə vaxt sərf etsə onun qəlbi bulaşır. Maddiyata, dünya malına diqqət də qəlbi bulaşdıran səbəblərdəndir.

Mövzu o qədər əhəmiyyətlidir ki, hətta Peyğəmbər (s), aləmlərə rəhmət göndərilmiş şəxs buyurur: "Qəlbim bulaşmasın deyə hər gün 70 dəfə istiğfar edirəm." (Biharul-ənvar).

İnsanlarla çox ünsiyyət, dünyəvi məclislərə get-gəl qəlbi paslandırır. Bu insanın öz ixtiyarında deyil. Allahla rabitələr zəifləyirsə qəlbin paslanması labüddür. Söhbət qızışanda isə çətin ki, kiminsə yadına Allah düşsün.

Gündə beş vaxt namazın fəlsəfələrindən biri qəlb pasının təmizlənməsidir. Həzrət Əli (ə) Peyğəmbərin (s) dilindən nəql edir ki, namaz pak çeşmə kimidir, namaz qılan şəxs gündə beş dəfə bu çeşmədə yuyunur. (Nəhcül-bəlağə). Namaz, dua, tövbə, raz-niyaz, zikr qəlbin hisini-pasını təmizləyir. Bundan uzaq insanın qəlbi daşlaşasıdır, bundan başqa yol yoxdur.

Qəlbin daşlaşmasında ikinci addım insanın ibadət ruhiyyəsini itirməsidir. İrfan əhli bu hala qəbz deyirlər. Çox qəribə haldır. Bu elə bir haldır ki, insan ibadət etmək istəmir. Gecə namazı qılan insanda da belə hal ola bilər. Bu vaxt insan namaza dursa da halsız olur. Günah, qəlbə diqqətsizlik qəbz hal yaradır və insan ibadətə rəğbətsiz olur. Əksər insanlarda bu hal müşahidə olulnur. Az adam tapılar ki, ibadətdə sona qədər qəlbi oyaq qalsın. Təkbirdən salama qədər Allaha diqqətli olmaq çox çətin işdir. Hüzuri-qəlb, yəni qəlbin iştirakı çətin əldə olunur. Əlbəttə ki, ağıl pərdələnməsə, qəlb paslanmasa, düşüncə və qəlb oyaq olsa insan ibadətdə daha diqqətli olar. Peyğəmbər (s) buyurur: "İki rəkət gecə namazı mənim üçün dünya və dünyada olanlardan dəyərlidir." (Vəsailuş-şiə). Bəli, gecə namazı dünyadan dəyərlidir. İnsanın qəlbi paslanmasa dünyadan almadığı ləzzəti namazdan alar. Hal əhli iki rəkət gecə namazını dünyaya dəyişməz. Xoş halına qəlbi daşlaşmamış, ibadətdən ləzzət alanların halına!

Bəzilərinin qəlbini korlayan günahdır. İnsan dünyanı axirətdən üstün tutanda bu hala düşür. O bunun təhlükəsini dərk etmir. Ağıl pərdələndiyindən müvəqqəti dünyanı əbədi axirətdən dəyərli sayır. Bu halda namaz qılsaq da ləzzət almırıq. Maun, 4,5: "Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar)."

Namaza diqqətsizlik iki şəkildə olur. Bəzən insan namazda dediyi sözlərin mənası barədə düşünmür, ikinci diqqətsizlik namazın vaxtına diqqətsizlikdir. Rəvayətdə deyilir ki, azan səsi yüksələndə Peyğəmbərin rəngi dəyişərdi.

İnsanın qəlbi bulaşanda ibadətdən ləzzət alması qeyri-mümkün olur. Bəqərə surəsinin 45-ci ayəsində oxuyuruq: "(Müsibət vaxtında) səbr etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin! Bu, ağır iş olsa da, (Allaha) itaət edənlər üçün ağır deyildir."

Başqa ibadətlərdə də belə hallar müşahidə olunur. Bəziləri namaz qılır, amma xüms vermək istəmir. Bəziləri müstəhəb əməlləri, gecə namazını əhəmiyyətsiz sayır. İmam Zamanla (əc) görüşə nail olanlardan biri nəql edir ki, İmam buyurdu: "Tələbənin gecə namazı qılmaması xəcalətdir. Şiənin gecə namazı qılmaması nöqsandır." Əgər tələbə gecə namazı qılmırsa əmin olmalıdır ki, qəlbi xəstədir.

Əlbəttə ki, namaza, namazın vaxtına diqqət mərifətlə həyata keçməlidir. Alimlərdən biri nəql edir: Mənə ilham olundu ki, bir sərçə balası səndən şikayət edir. Düşündüm, yadıma düşdü ki, namaza tələsdiyim zaman uşaqların bir sərçə balasını incitdiyini gördüm. Namazın vaxtı keçir deyə buna əhəmiyyət vermədim. Tövbə etdim, uzun raz-niyazdan sonra səhraya çıxdım, səhrada bir sərçə balasının yuvadan düşdüyünü gördüm. Ona bir ilan yaxınlaşırdı. Əsamla ilanı qovub sərçəni yuvasına qoydum. İlham olundu ki, bir sərçə balası Allaha səndən razılıq etdi. Bununla da halımdakı süstlük aradan qalxdı.

Həzrət Musa minacata getdiyi zaman həyasız bir şəxs ona dedi: "Allaha de ki, bu qədər günah edirəm nə üçün mənə əzab vermir?!" Həzrət Musa minacat yerinə çatanda bu məsələnin üstündən keçmək istədi. Xitab olundu ki, nə üçün sifarişi çatdırmırsan? Musa dedi ki, Pərvərdigara, xəcalət çəkirəm. Allah buyurdu: "O şəxsə deyərsən ki, ona ən böyük əzabı vermişəm, amma xəbəri yoxdur. Mən ondan ibadət ləzzətini almışam. İnsan üçün ən böyük əzab ibadət ləzzətindən məhrum olmaqdır..."

Bəli, hal əhli üçün ən böyük dərd ibadətdə halsızlıqdır. Bu x