Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Fevral 2016

Fatimənin (s) mələklərlə söhbəti

Fatimə (s) mələklər aləmi ilə əlaqədə olmaqla yanaşı qeybi ruzilərdən də faydalanırdı
Nəfslə mübarizə, şeytani vəsvəsələrin dəfi, doğru yolun seçilməsi hesabına əldə edilən nəfs paklığı ruhun ilahiləşməsi, Allaha yaxınlaşma ilə nəticələnir. İmanlı insan o qədər yüksələ bilər ki, mələklər aləmi ilə əlaqədə olar. Allaha xalis, müti bəndə olmaqla insanda ilahi sifətlər cilvələnər, insan vilayət məqamına çatar. Bu vaxt ona mələklər nazil olar. Mələklərin gəlişi vilayət məqamına çatmağın əlamətidir. Bu əlamət hansısa bir dəstəyə aid deyil. Vilayət qapısı hamı üçün açıqdır. Hətta peyğəmbərlərə də mələklərin nazil olması onların vilayət məqamından bəhrələnməsi ilə bağlıdır. Bu məqama kim çatarsa, qeyb aləmi ilə əlaqəsi olar və ilahi maarifə yiyələnər. «Fussilət