Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Fevral 2016

Şeytanları təkbaşına məğlub edən insan...

Ayətullah Xamenei Ayətullah Misbah Yəzdi haqqında
Cənab Rəhbər Ayətullah Xanmenei Ustad Misbah Yəzdi haqqında buyurur:

Əziz, dəyərli, fəqih, filosof, mütəfəkkir, İslamın əsas məsələlərində nəzər sahib, sözü kəsərli, güclü məntiq sahibi, mütəkəllim, təfsirçi, dövrünü tanıyan, şeytanları təkbaşına məğlub edən, daim doğru yolda, nadir, İslam və məmləkət üçün meyar, tanınan alim, şiə aləminin seçilən siması, Qum Elm Hövzəsinin qalarlı bəhrəsi, elm və əməldə bəyənilən, Allahın xalqa, hövzəyə və gənclərə bərəkətlərindən olan bir insan!
Mən 30-cu illərdən (hazırda h-ş. 1394) onda fəzilət, təqva, ixlas xüsusiyyətlərini müşahidə ediəm...
Cənab Misbah həqiqətən hövzənin səmərəsidir. Ona təsirli olmuş, onu tərbiyə etmiş alimlərə rəhmət!
Cənab Misbahın rəhbərlik etdiyi İmam Xomeyni İnstitutu Elm Hövzəsi üçün münasib nümunədir...
Vilayət layihəsi üçün ondan yaxşısı tapılmazdı. Düzü inanmırdım bu təklifi qəbul edə. Qəbul etdiyi üçün şükür üdirəm... 
Mən öz növbəmdə onun məmləkət və İslam üçün dəyərini, çəkisini bilirəm. Belə insan çox nadir hallarda səhnəyə gəlir. Onda elm, bəsirət və səfa-səmimiyyət kimi üç mühüm xüsusiyyət toplanıb. Nadir haldır!
Onun ramazan ayındakı söhbətlərinə qulaq asıram və bəhrələnirəm...
Düşmən bilir kimə qarşı təbliğat aparır. Şəhid Mütəhhəri ilə də belə rəftar etdilər. Bu gün də ondan əl çəkmirlər. Bu gün də ona hücumlar var... 
Çoxlarına nəsib olmadı ki, Əllamə Təbatəbai, şəhid Mütəhhəridən bəhrələnsinlər. Əvəzində cənab Misbah var!



Vilayet.info


1630 بازدید
در حال ارسال اطلاعات...