Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Fevral 2016

Peyğəmbərə (s) şeir qadağası; Xanım Fatimənin (s.ə) şeirləri

Səndən sonra ümmət parçalandı, haqq yoldan çıxdı...
Şiə və sünni mənbələrində verilən məlumata əsasən, Xanım Fatimeyi-Zəhranın (s.ə) Həzrət Peyğəmbərdən (s) öncəki və sonrakı dövrlərə aid şeirləri var. Peyğəmbərin (s) vəfatından sonrakı şeirlər hüznlə doludur. (Fna.ir)
İslamdan öncə şairlərin cinlərlə əlaqə olduğu düşünülürdü. Buna görə şairləri divanə sayırdılar. Vəhylə tanış olmayan ərəblər Quranı da şeir kimi qəbul edirdi. Bu yanlış təsəvvürləri aradan qaldırmaq üçün Peyğəmbərə şeir yazmaq, oxumaq qadağan edilmişdi. Amma bu qadağa imamlara aid olmayıb. 
İbn Teyfurun Bəlağətun-Nisa, Əhməd ibn Hənbəlin Məsnəd kitablarında və bir çox başqa məşhur əsərlərdə Xanım Fatiməyə (s.ə) məxsus şeirlər yer alıb. Salehi Şami, eləcə də müasir alimlərdən sayılan mərhum Ayətullah Mərəşi Nəcəfi Xanım Zəhranın (s.ə) şeirlərini toplayıb. Xanım Fatimənin (s.ə) şeirləri Livanda divan şəklində çap edilib.
Həzrət Zəhranın (s.ə) əziz övladları Həsən və Hüseyn haqqında da şeirləri var. Atasının vəfatından sonra ilk şeiri Ənəs ibn Malik tərəfindən nəql olunub. 


یا ابتاه من ربه ما ادناه
وا ابتاه جنة الفردوس ماواه
وا ابتاه الی جبرئیل ننعاه
وابتاه اجاب ربا دعاه


Ey ata, Rəbbinə necə də yaxın oldun,
Ey yeri Firdövsi-bərrin ata!
Sənin ölüm xəbərini Cəbrailə çatdırarıq,
Ey Rəbbinin dəvətini qəbul edən... 

Başqa bir şerdən: 


اذا مات یوما میت قل ذکره
و ذکر ابی مذ مات و الله اکثر



Kim dünyadan getsə az yada salınar,
Vallah, atam gedən gündən çox yada salınır...

Digər məşhur şeirdə:


قد کان بعدک انباء وهنبثة
لو کنت شاهدها لم تکثر الخطب
انا فقدناک فقدالارض وابلها
و اختل قومک فاشهدهم فقد نکبوا



Səndən sonra böyük fitnələr oldu,
Sən olsaydan böyük görünməzdi.
Torpaq yağışdan (məhrum) olduğu kimi səndən olduq,
Səndən sonra ümmət parçalandı, haqq yoldan çıxdı...

Vilayet.info


1085 بازدید