Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Fevral 2016

Ayətullah Xamenei: Azərbaycan böyük İslam Alimlərinin vətənidir

"Azərbaycan bölgəsi dini baxımdan əsaslı köklərə dayanır"
Ayətullah Xamenei: Azərbaycan xalqının ümumi rifahı, təhlükəsizliyinin təmini və siyasi sabitliyi bizim üçün çox önəmlidir

Azərbaycan prezidenti İlham Əliyev bu gün Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei ilə görüşüb.

Maide.az xəbər verir ki, görüşdə İran prezidenti Həsən Ruhani də iştirak edib.

Ali Rəhbər Ayətullah Xamenei bu gün Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə İran və Azərbaycan arasında yaxşı siyasi əlaqələrin və çoxlu ortaqlıqların olduğunu xüsusi ilə iki xalqın dini və məzhəb ortaqlığının olduğunu bildirib.

Ayətullah Xamenei görüşdə bildirib ki, İslam Respublikası Azərbaycan xalqını özünə dost və qonşudan daha yaxın qardaş hesab edir. “Azərbaycan xalqının ümumi rifahı, təhlükəsizliyinin təmini və siyasi sabitliyi bizim üçün çox önəmlidir. Iki xalqın qarşılıqlı səmimi münasibəti var və bu hər iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın və ticari dövriyyənin artmasına səbəb olmalıdır”

Ali Rəhbər İran və Azərbaycan xalqlarının məzhəb bağlarının olduğunu vurğulayıb və bildirib ki, Azərbaycan xalqının şiə və islami inancları dəyərli sərmayədir . “Hökumət xalqın bu dini inancı və ayinlərinə hər nə qədər hörmət edərsə bir o qədər bəzi hegemonların düşmənçiliyi qarşısında xalqın hökumətə dəstəyini və onların düşmənçiliyi qarşısında müqavimətini görəcək.”

Təkfirçi qrupların xalqlar arasında fitnələrinin qarşısını islami fəaliyyətlərin gücləndirilməsi ilə almağın mümkinliyini vurğulayan Ayətullah Xamenei bildirib ki, Azərbaycan bölgəsi dini baxımdan əsaslı köklərə dayanır. “Azərbaycan böyük İslam Alimlərinin vətənidir. Azərbaycan xalqı da oyaq xalqdır. Hökumətin onlara dini fəaliyyətlərdə yardımı və alqışlaması onların ürəklərini qazanmaq üçün çox təsirlidir.”

Ayətullah Xamenei Azərbaycan prezidentinin iki ölkə əleyhinə olan əksər təhlükələrin mənbəyinin eyni olduğuna dair sözlərinə toxunaraq bildirib ki, İslam maarifi və şiəçiliyi yaymaq təhlükələr və problemlər qarşısında Allahın yardımını və Əhli-Beytin (ə) diqqətini qazanmağa səbəb olacaq. “İslami maarifinin yayılması və dini ayinlər və rituallara hörmət etmək təhlükələr qarşısında ictimai rəyin formalaşmasına və xalqın dəstəyinə səbəb olur.”


1168 بازدید
در حال ارسال اطلاعات...