Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Fevral 2016

İmam Mehdinin (ə) zühurunu gözləyənlər zülmün qarşısında susmalıdırmı?

Qeybət dövründə insanların vəzifəsi özünütərbiyə, əmr be məruf və nəhy əz münkərdir.
Sual: Əsrin imamının, həzrət Mehdinin (ə) zühurunu gözləyənlər zülmün qarşısında susmalıdırmı?

Cavab: Biz hər gecə, səhəri gün günəşin doğması intizarında oluruq. Amma bu o demək deyil ki, bütün gecəni işıqsız qalmalıyıq.
Qış aylarında hamı yayın intizarını çəkir. Bununla belə, yayadək hamı soba qalayır və qızınır.
Əsrin İmamının (ə) zühurunadək hamı öz qüvvəsi daxilində zülmlə mübarizə aparmalı, cəmiyyətin islahına çalışmalıdır. Hədisdə buyurulur: “Ən üstün əməl fərəc, yəni həzrət Mehdinin (ə) zühuru intizarında olmaqdır.” (“Bihar”, c. 75, s. 208.)
Hədisdən göründüyü kimi, intizar hal yox əməldir. Ona görə də bu zühuru gözləyənlər əməl sahibi olmalıdırlar. İmamı gözləyənlər saleh olmalıdırlar. Qeybət dövründə insanların vəzifəsi özünütərbiyə, əmr be məruf və nəhy əz münkərdir.
Bəli, qonaq gözləyən adam hazırlıq görməlidir.

Sual: İnsanların fəsada yuvarlandığı bir dövrdə islam hökuməti qurula bilərmi?

Cavab: İslam hökuməti o demək deyil ki, cəmiyyətin bütün fərdləri ədalətli olsun. Başçıları İslam qanunlarını əsas götürən bir hökumət İslam hökumətidir. Səfər o zaman yaxşı hesab olunur ki, sürücü mahir, maşın isə saz olsun. Səfərin necəliyində müsafirlərin vəziyyəti əsas götürülmür. “Bəqərə” surəsinin 102-ci ayəsində oxuyuruq: “Yəhudilər Süleymanın hakimiyyətinə dair şeytanların oxuduqlarına uydular.”
Bundan əlavə ədalət eyni münasibət demək deyil. Ədalətli həkim hər xəstəyə onun xəstəliyinə uyğun dərman yazır, ədalətli müəllim hər şagirdə onun biliyinə uyğun qiymət verir. Əgər bütün xəstələrə eyni dərman, bütün şagirdlərə eyni qiymət verilsəydi, bu ədalətsizlik olardı. Gözlə qulaq, dağla dəniz eyni deyil. Fərq yalnız ədalətsizlikdən doğmur. Bəzən ədalət özü fərq qoyulmasını tələb edir.
Zülmdən doğmuş ixtilaflar və bərabərsizliklərlə mübarizə aparmaq lazımdır. Təcavüzkarların zülm ilə topladıqları kapitallar onların gözündən tökülməlidir.
Amma görülən işə, istedada, ixtisasa, məsuliyyətə fərq qoyulmazsa cəmiyyətdə inkişaf dayanar, insanlarda təkamül həvəsi sönükər.


1239 بازدید
در حال ارسال اطلاعات...