Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Fevral 2016

Əgər sevsən...

Biz sənə Kövsər əta etdik! (Qurani-Kərim)
Ayətullah Ruhullah Qərəhi Xanım Fatimeyi-Zəhranın (s.ə) kimliyindən danışır:

Allah-Taala Fatimə nurunu insan şəklinə salmamışdan öncə onu Peyğəmbərə göstərmişdi. Allah öz həbibini o qədər sevir ki, ona öz nurunu hədiyyə edir. (إنّا أعطیناک الکوثر) Buyurur ki, biz sənə əta etdik. Əta mükafatdan fərqlənir. Bəzən insan gördüyü işin mükafatını alır. Peyğəmbərlər xalqdan muzd almayıb. Həzrət Məhəmməd (s) xalqdan yalnız Əhli-beytinə sevgi istəyib. (قل لا اسئلکم علیه اجراً إلّا المودة فی القربی) Peyğəmbərlərin muzdu Allahdandır. Onlar həyatlarını bəşəriyyətin doğru yola dəvətinə həsr edib, bu yolda təhqir olunub, təqib olunub, işgəncəyə məruz qalıb.
Beləcə, Kövsər muzd yox, ətadır. Allah Peyğəmbəri sevdiyi üçün ona əta edib. Səfərə gedəndə birinə hədiyyə alırsız. O isə səfərdən qayıdanda sizə hədiyyə gətirmir. Siz ikinci dəfə də səfərə gedəndə hədiyyəsiz qayıtmırsınız. O isə yenə də sizə hədiyyə almır. Üçünücü, dördüncü dəfə də belə olur. Bunu müşahidə edən şəxs deyir ki, o insan başadüşən deyil, siz ona hədiyyə alırsınız, o isə sizə almır. Siz isə deyirsiniz ki, mən onu sevdiyim üçün hədiyyə alıram, ondan hədiyyə gözləmirəm... Buna əta deyirlər. Əvəz gözləmədən bağışlamaq! Allah-Taala öz Rəsulunu sevdiyi üçün ona əta edir, Fatiməni bağışlayır!

Vilayet.info


1452 بازدید
در حال ارسال اطلاعات...