Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Fevral 2016

Əgər sevsən...

Biz sənə Kövsər əta etdik! (Qurani-Kərim)
Ayətullah Ruhullah Qərəhi Xanım Fatimeyi-Zəhranın (s.ə) kimliyindən danışır:

Allah-Taala Fatimə nurunu insan şəklinə salmamışdan öncə onu Peyğəmbərə göstərmişdi. Allah öz həbibini o qədər sevir ki, ona öz nurunu hədiyyə edir. (إنّا أعطیناک الکوثر) Buyurur ki, biz sənə əta etdik. Əta mükafatdan fərqlənir. Bəzən insan gördüyü işin mükafatını alır. Peyğəmbərlər xalqdan muzd almayıb. Həzrət Məhəmməd (s) xalqdan yalnız Əhli-beytinə sevgi istəyib. (قل لا اسئلکم علیه اجراً إلّا المودة فی القربی) Peyğəmbərlərin muzdu Allahdandır. Onlar həyatlarını bəşəriyyətin doğru yola dəvətinə həsr edib, bu yolda təhqir olunub, təqib olunub, işgəncəyə məruz qalıb.
Beləcə, Kövsər muzd yox, ətadır. Allah Peyğəmbəri sevdiyi üçün ona əta edib. S