Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Fevral 2016

İmam Həsən Əskərinin (ə) Əli ibn Babəveyhə məktubu

İmam Həsən Əskərinin (ə) dövründə hökumətin siələrə qarşı bərk repressiya və sıxışdırma siyasətinə görə İmam (ə) və şiə rəhbərləri arasında əlaqə...
İmam Həsən Əskərinin (ə) dövründə hökumətin siələrə qarşı bərk repressiya və sıxışdırma siyasətinə görə İmam (ə) və şiə rəhbərləri arasında əlaqə bir çox vaxtlarda məktublaşma vasitəsi ilə baş tuturdu.
Bu məktublardan biri də İmamın (ə) Əli ibn Babəveyhə məktubudur. Məktubdakı dəyərli və önəmli əxlaqi tövsiyələri nəzərə alaraq onu sizin diqqətinizə çatdırırıq.

Qeyd edəkki Əli ibn Babəveyh (Şeyx Səduqun atası) öz zamanının tanınmış alim və fəqihlərindən idi. Onun bazarda kiçik bir dükanı varidi və ticarətlə məşğul olurdu, eyni zamanda nəhayət dərəcədə zöhd və iffətlə həyat sürürdü. Həmçinin günün bir neçə saatını öz evində dinin tədris və təbliği ilə məşğul olur, Əhli-beytdən (ə) hədis nəql edirdi. İmamın (ə) yanında onun böyük məqamı və etibarı var idi. Belə ki İmam (ə) məktublarında onu “mənim şeyxim”, “güvənc yerim”, “fəqihim” adlandırmışdır.
İmam Həsən Əskərinin (ə) Əli ibn Babəveyhə məktubunun mətni belədir:
Bismillahir-rəhmanir-rəhim. Həmd aləmlərin Rəbbi olan Allah üçündür. Aqibət müttəqilər və cənnət müvəhhidlər üçün, cəhənnəm mülhidlər üçündür. Zalımlardan başqa heç kimlə düşmənçilik yoxdur. Allahdan başqa bir məbud yoxdur və O ən gözəl yaradandır. Salavat və salam olsun xalqın ən xeyirlisi Muhəmmədə və onun pak itrətinə.
Ey mənim şeyxim, güvəndiyim və fəqihim Əli ibn Hüseyn ibn Babəveyh Qumi. Allah Öz razı olduğu işlərdə səni müvəffəq etsin, sənin nəslindən saleh övlad dünyaya gətirsin. Sənə təqvalı olmağı, namaz qılmağı və zəkat verməyi vəsiyyət edirəm. Çünki zəkat verməyən kəsin namazı qəbul olmayacaq. Yenə sənə sifariş edirəm başqalarının günahlarından güzəşt etməyi, qəzəbləndikdə özünü saxlamağı, qohum-əqrəba ilə əlaqələri qorumağı, din qardaşlarınla bir-birinizə kömək və əməkdaşlıq etməyi, onların imkansız-imkanlı vaxtlarında ehtiyaclarını aradan qaldırmağa çalışmağı, dini mərifət kəsb etməyi. İşlərdə sabitqədəm ol və Qurana riayət et, öz əxlaqını gözəlləşdir, başqalarını yaxşı işlərə əmr et və pis işlərdən çəkindir. Çünki Allah buyurmuşdur: “Onların xəlvət söhbətlərinin çoxunda xeyir yoxdur. Xeyir yalnız sədəqə verməyi, yaxud yaxşılıq etməyi və ya insanlar arasında sülh yaratmağı əmr edən kimsənin söhbətindədir”. Sənə sifariş edirəm bütün günahlardan çəkinməyi.
Gecə namazını tərk etmə, çünki Peyğəmbəri-əkrəm (s) Əliyə (ə) vəsiyyətində üç dəfə buyurdu: “Ey Əli (sənə sifariş edirəm) gecə namazı, gecə namazı, gecə namazı. Hər kəs gecə namazına etina etməsə bizdən deyil”. Bəs, sən özün mənim sifarişlərimə əməl et və şiələrimədə göstəriş ver ki, əməl etsinlər.
Səbirli ol və zühuru gözlə. Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurmuşdur ki, mənim ümmətim üçün ən yaxşı əməl zühuru gözləməkdir. Şiələrimiz, oğlum (İmam