Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Fevral 2016

AMANDI - Şeir

Xocalı qan yaddaşım, daim axan göz yaşım, O yerdə şəhid olmuş doğma bacım-qardaşım.
Xocalı qan yaddaşım, daim axan göz yaşım,
O yerdə şəhid olmuş doğma bacım-qardaşım.
Xocalının dağları indi çəndi, dumandı,
Unutmayaq bir an da Xocalını, amandı.

Öldürdü ermənilər günahsız insanları,
Öldürüldü cavanlar, qoca kişi, qız, qarı.
Hələ də bilinməyir çoxlarının məzarı,
Bu xalq niyə görəsən, düşməninə inandı!?
Unutmayaq heç zaman Xocalını, amandı.

Hamilə qadınların qarınların cırdılar,
İnsanları vəhşitək avtomatla qırdılar.
Dəmir boru içində çoxunu yandırdılar,
Ümid var ki, millətim bəlkə bir gün oyandı,
Unutmayaq heç zaman Xocalını, amandı.

Qarət oldu elimin dövləti də, varı da,
Tapdalandı xalqımın namusu da, arı da.
Çoxları torpaq deyib çəkir intizarı da,
Bəlkə bir d