Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Fevral 2016

Müsəlmanla mömin arasında fərq var?

Həqiqi imana çatmaq üçün bir çox mərhələlərdən keçmək lazım gəlir
Sual: Bütün müsəlmanlar mömindir, yoxsa müsəlmanla mömin arasında fərq var?

Cavab: “Nəsr” surəsinin ikinci ayəsində insanların dəstə-dəstə Allahın dininə daxil olduqları bildirilir. “Hucurat” surəsinin 14-cü ayəsində isə bəyan olunur ki, “hələ ki, iman sizin qəlbinizə daxil olmayıb.” Ayədən göründüyü kimi, insanların dinə daxil olması kifayət deyil və müsəlman olmaqla mö’min olmaq arasında fərq var.

Dindarlığın mərhələləri var: qızma, qaynama və bişmə. Həm isti, həm də qaynayan şey soyuya bilər. Amma bişmiş şey yenidən çiy ola bilməz.
Dinə daxil olmaq asandır. “Əşhədu ənla ilahə illəllah və əşhədu ənnə Muhəmmədən rəsulullah” deyən şəxs müsəlman olur. Bu qızma mərhələsidir.

Peyğəmbərin səhabələri qaynar bir eşqlə cəbhəyə gedər və haqq yolunda canlarından keçərdilər. Bu, qaynama mərhələsi idi. Amma Quran bu insanlara buyurur: “Ələ keçirdiyiniz qənimətin beşdə birini xüms ödəyin.” (“Ənfal”, 41.) “Onların öz Rəbbi yanında dərəcələri vardır.” (“Ənfal”, 4.) “İman gətirmədikləri halda “Allaha və qiyamət gününə iman gətirdik” deyənlər var.” (“Bəqərə”, 8.)

Bəli, şəhadət kəlmələrini deyənlər, hətta peyğəmbərlə çiyin-çiyinə vuruşanlar üçün qarşıda həqiqi imana aparan yol var. Həqiqi imana çatmaq üçün bir çox mərhələlərdən keçmək lazım gəlir.


1645 بازدید
در حال ارسال اطلاعات...