Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Fevral 2016

Buxarestdə İranın Rumıniya səfirinin görmədiyini Qumdan görən alim!

Nə qədər ki həqiqi din alimləri var...
İran tarixində Xalxali adı ilə yadda qalmış Ayətullah Məhəmməd Sadiq Xalxali (1926-2003) İmam Xomeyninin (r) ən yaxın silahdaşlarından olub. İnqilabdan əvvəl İslam fədailəri sırasında şah rejiminə qarşı mübarizə aparan Ayətullah Xalxali İnqilabın qələbəsindən sonra Ali Məhkəmənin sədri, baş prokuror vəzifələrində çalışıb, daha sonra Qum Elm Hövzəsində tədrislə məşğul olub. Belə insanlar vəzifədə olmadığı dövrdə də İsllamın görən gözü olub.
Haşimi Rəfsəncaninin prezidentlik dövründə Rumıniya başçısı Nikolay Çauşesku qəfildən İrana səfərə gəlir (h-ş. 1368 – m. 1989). Onu gül-çiçəklə qarşılayır, bütün başqa rəsmi qonaqlar kimi ehtiram göstərirlər. Sanki İranın Rumıniyada baş verənlərdən xəbəri yoxmuş!
İranın siyasi fəzasında sakitliyi Ayətullah Xalxalinin məclisdəki 3 dəqiqəlik çıxışı aradan qaldırır. Ayətullah Xalxali tribunaya qalxıb Rumıniyada baş verən hadisələrdən və Çauşeskonun ölkədən qaçması ehtimalından danışır...
Prezident administrasiyası, diplomatik korpus bir-birinə dəyir. Prezident vaxtın xarici işlər naziri doktor Vilayətini çağırıb ondan hesabat istəyir. Məlum olur ki, İranın Rumıniyadakı səfiri ölkədəki inqilabi durum barədə naziri məlumatlandırmayıb. Beləcə, sonradan adı dünyanın diktatorları siyahısına düşən Çauşeskunu vətəninə yola slırlar. İnqilabçılar Çauşeskunu həbsə alır, edam edirlər. Səfir və diplomatik korpusun mürgüsü nəticəsində İran ölkədən qaçmış diktatoru qəbul etdiyi üçün ittiham olunur, İran səfiri Buxarestdən çıxarılır!

Vilayet.info


1079 بازدید
در حال ارسال اطلاعات...