Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Fevral 2016

Superstar M. Qolzar: Qurban olum don vurmuş son nəfəslərinə, ey Şəhid!

Dualarda əlləri göyə açılı ağlayan, son dəbdə saç düzümü, geyimə malik gənclər...
İran İslam dininin mədəniyyətə çevrildiyi, cəmiyyətə hopduğu bir ölkədir. Bu ölkədə son dəbdə saç düzümünə, geyimə malik gəncləri Kumeyl, Təvəssül dualarında əlləri göyə açılı hönkürtü ilə ağlayan görmək çətin iş deyil. İranda aktyorlar da, müğənnilər də nə qədər qərbmeylli görünsələr belə dini ənənələrə bağlıdırlar. Elə buna görə də Rəhbərin bir çağırışı ilə ayağa qalxır, nümayişə çıxır, seçkiyə gedir, cəbhəyə yollanırlar. Bu gün İraqda, Suriyada məsumların, Əhli-beyt yadigarlarının hərəmlərini qoruyanlar arasında iranlı könüllülər kifayət qədərdir. Amerika və İsrailin çirkin siyasətlərini icra edən təkfirçilərlə vuruşan iranlı gənclər son günlər bir-birinin ardınca çiyinlərdə vətənə qayıdır. Bu şəhadət karvanını görən insan ən qərbpərst aktyor ya müğənni olsa belə şəhidlərin qarşısında baş əyir...
İran kinosunun dünya şöhrətli ulduzu Məhəmmədreza Qolzar da başqa sənət adamları kimi dindən uzaq görünsə də bu gün dünyaya fərqli mesaj verir...
Jamejamonline.ir Qolzarın instagram səhifəsində qeydlərini dərc edib. Aktyor yazır: Əgər gecələr isti və yumşaq yerdə yatırsansa, yadda saxla ki, gecəni sübhədək sümük sızıldadan soyuqda vuruşub canından keçənlərə borclusan. Qurban olum sənin don vurmuş son nəfəslərinə! Hər vaxt səni sevirəm, ey Şəhid!


Vilayet.info


1408 بازدید
در حال ارسال اطلاعات...