Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Fevral 2016

Superstar M. Qolzar: Qurban olum don vurmuş son nəfəslərinə, ey Şəhid!

Dualarda əlləri göyə açılı ağlayan, son dəbdə saç düzümü, geyimə malik gənclər...
İran İslam dininin mədəniyyətə çevrildiyi, cəmiyyətə hopduğu bir ölkədir. Bu ölkədə son dəbdə saç düzümünə, geyimə malik gəncləri Kumeyl, Təvəssül dualarında əlləri göyə açılı hönkürtü ilə ağlayan görmək çətin iş deyil. İranda aktyorlar da, müğənnilər də nə qədər qərbmeylli görünsələr belə dini ənənələrə bağlıdırlar. Elə buna görə də Rəhbərin bir çağırışı ilə ayağa qalxır, nümayişə çıxır, seçkiyə gedir, cəbhəyə yollanırlar. Bu gün İraqda, Suriyada məsumların, Əhli-beyt yadigarlarının hərəmlərini qoruyanlar arasında iranlı könüllülər kifayət qədərdir. Amerika və İsrailin çirkin siyasətlərini icra edən t