Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Fevral 2016

XOŞBƏXT OLMAQ ÜÇÜN...

Dini biliklərdən məhrum insanın səadət yolunu tapması qeyri-mümkündür
İnsan Nyutonun qanunlarını, nisbilik nəzəriyyəsini bilmədən xoşbəxt ola bilər. Nə Nyuton, nə də Eynişteyn bu biliklərdən xəbərsiz insanları bədbəxt hesab etməmişlər.
Bu dini biliklər necə, bu biliklərə malik olmayan insan xoşbəxt ola bilərmi? Əgər insan hətta cəmiyyətdən ayrılıb, kimsəsiz bir səhraya pənah apardıqda belə öz qanunları ilə yaşaya bilmirsə, demək daha üstün qanunlara ehtiyac var. Yalnız ən qüdrətli varlığın çıxardığı qanuna tabe olan insan xoşbəxt ola bilər. Ən qadir varlıq isə Allah-Taaladır və onun qanunları bütün varlıq aləmini öz təsiri altında saxlayır. İnsanın səadət yolunu Allahdan yaxşı kim tanıya bilər?! Böyük yaradıcı isə göndərdiyi din vasitəsi ilə insana xoşbəxtlik yolunu göstərir. Demək dini biliklərdən məhrum insanın səadət yolunu tapması qeyri-mümkündür.
Amma ali dini təhsil almaq olduqca çətindir. İslam elmləri nəhayətsiz bir ümmandır. Bu elmlərə yiyələnmək istəyənlər tarix boyu vətənindən və doğmalarından ayrılıb, uzaq ölkələrə hicrət etmiş, min bir əziyyətə qatlaşaraq İslami biliklərə yiyələnmişlər. Belə bir fədakarlıq çətin olsa da, insan zəruri dini biliklərdən xəbərsiz qala bilməz. Gündəlik mütaliə üçün vaxt ayırmaq olduqca zəruridir.


1265 بازدید
<