Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Fevral 2014

Allahın təqdiri

Ustad şəhid Mürtəza Mütəhhəri deyir: Yadıma bir əhvalat düşdü. Gizli olmadığı üçün deməməyə səbəb yoxdur. Eləcə də yadımdadır ki, bundan qabaq da bir neçə söhbətlərimdə bu əhvalatı danışmışam. Mərhum Ayətullah Bürucerdiyə aiddir. Ayətullah Bürucerdi hələ Quma gəlməmişdən qabaq mənim onunla yaxından rabitəm olub. Bürucerdə gedib orada onunla görüşmüşdüm. Həqiqətən də təqvalı və təkallahçı bir insan idi. Deməyin ki, hər kim ki təqlid mərcəsi olur, təkallahçıdır. Tövhidin mərtəbələri var. Bəli, biz və sizinlə müqayisədə təqlid mərcələrinin tövhiddə dərəcələri çox üstündür. Lakin mənim dediyim “təkallahçı” ali dərəcəlidir. O elə bir insan idi ki, tövhidi həyatında ləms edib və Allaha-Taalanın ona yardımına yüksək səviyyədə etimad edib və Ona arxalanıb.
Nəzri olduğu üçün Məşhədə getmək qərarına gəlir. Bu o vaxt idi ki, xəstələmişdi və əməliyyata ehtiyac vardı. Onu Bürucerddən Tehrana gətirib əməliyyat edirlər. Sonra Qum alimlərinin istəyi ilə Quma gedir. Elə orada ürəyində nəzr edir ki, əgər Allah ona şəfa inayət etsə həzrət İmam Rizanın (ə) ziyarətinə getsin. Altı ay Qumda qaldıqdan sonra yay fəsli olur və qərara gəlir ki, Məşhədə getsin. Bir gün məclisdə dostlarına deyir ki, “mən Məşhədə getmək istəyirəm, hər kim mənimlə getmək istəsə elan etsin”. Dostları ərz edirlər ki, çox yaxşı, sizə xəbər verərik. Yaxın dostlarından biri – hal hazırda təqlid mərcəsidir – nəql edir ki, biz məsləhətləşmək üçün bir yerə yığılıb fikirləşdik ki, ağanın Məşhədə getməsi məsləhət deyil. Niyə? Çünki onu yalnız bir tanıyırdıq. O zaman nə tehranlılar, nə xorasanlılar, nə də bütünülkdə İran cəmiyyəti onu tanımırdı. O böyük şəxsiyyətin şəninə ehtiram əlaməti olaraq Məşhədə getməsi məsləhət deyildi. İcazə verin bir iki il qalsın və nəzrin də duasını oxumadığı üçün əməl etməməyinin şəri cəhətdən eybi yoxdur. Nəzrini ürəyində edib. İran cəmiyyəti onu tanıyandan sonra Məşhədə getməsi yaxşı olar. Qərara gəldik ki, yenə də getmək qərarına gəlsə onu bu səfərdən çəkindirək.
Bir neçə gündən sonra yenə də məclisdə buyurdu: “Mənimlə gedən var?” Hamı bir bəhanə ilə getmək istəmədiklərini dedilər. Dostlardan biri dedi: “Siz xəstəltikdən təzə qurtarmısınız, sizə əziyyət olar. Mümkündür tikişlər açıla.” (O zaman təyyarə yox idi, yalnız maşınla səfər etmək mümkün idi). O biri dost da ayrı bir bəhanə gətirdi. Lakin dostların biri bir cümlə işlətdi ki, ağa onların müxalifətinin səbəbini başa düşdü. Ona görə getməyim ki, hələ İran xalqı məni tanımır?!
Ayətullah Bürucerdi bu sözləri eşidəndən sonra yerindən durub (o vaxt ağanın 70 yaşı var idi) dedi: “Allahdan 70 il ömür almışam və Allah-Taala bu müddətdə mən çoxlu mərhəmətlər edib.  Mən həmişə belə fikirləşmişəm ki, Allah yolundakı vəzifəm nədir? Heç vaxt fikirləşməmişəm ki, tutduğum bu yolda yüksələcəm ya tənəzzül edəcəm, şəxsiyyət tapacam ya tapmayacam. Həmişə fikirləşmişəm ki, vəzifəmi yerinə yetirməliyəm. Hər nə olsa Allahın təqdiridir. Çox pisdir ki, 70 yaşında özüm özüm haqda fikirləşim. Bir halda ki, Allahım var, bir halda ki, haqqın mənə inayəti var, bir halda ki, özümü bir bəndə və bir fərd görürəm, Allah da məni yaddan çıxarmaz. Xeyir, mən Məşhədə gedirəm.
Bu adam ölən günə kimi Allah-Taala günbəgün onun izzətini artırdı. Görəsən Ayətullah Bürucerdinin – nəuzubillah – Allahla bir qohumluğu vardı ki, ona bu qədərmərhəmət əta olub. Əsla. Allahın yardımı insanlara, ictimaiyyətə və bəşəriyyətə hesab-kitab üzündəndir.

Şəhid Mütəhhəri

Dilimizə çevirdi: R. Hüseynov
Nur-az.com


1166 بازدید