Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Mart 2016

Mərhum şeyx Ənsari şeytanın kəndirini necə qırdı?

"Doqquz ay zəhmət çəkib bu kəndiri toxudum. Dünən gecə şeyx Ənsarinin boynuna atdım"
Şeyx Ənsari zöhd və təqva baxımından misilsiz idi. Təəssüf ki, bu şəxsin mənəvi məqamlarından xəbərsizik. Bu şəxsi yalnız “Məkasib” və “Rəsail” kitablarının müəllifi kimi tanıyırıq. Yaxşı olar ki, ustadlar bu kitabları tədris edərkən onların müəlliflərinin ruhi və mənəvi məqamları haqqında da danışsınlar və şagirdlər onları daha yaxşı tanısın.
Şeyx Ənsarinin məqamı çox ucadır. Mərcəlik məqamına çatdığı vaxt ona çoxlu pul gətirilirdi. Şeyxin yoldaşı hamilə idi. Qonşu qadınlar şeyxə təklif edirlər ki, yoldaşının doğuşdan sonra istifadə etməsi üçün bir qədər yağ alsın.
Şeyx Ənsari pullardan bir tümən götürüb yoldaşı üçün yağ almaq barədə düşünür. Bu an şeyxin fikirinə gəlir ki, əgər Nəcəf şəhərində din tələbələrindən birinin yoldaşı hamilə olsa onun yağ almağa bir tümən pulu olacaqmı? Şeyx bu fikirlə geri qayıdır və pulu götürdüyü yerə qoyur. Həmin gecə ariflərdən biri yuxuda şeytanın möhkəm və rəngarəng iplər hazırladığını görür. Soruşur: “Bunlar nədir?” Şeytan cavab verir: “Bu kəndirləri xalq üçün düzəltmişəm. Bunlar ilə xalqı şəhvət, rəyasət, məqam, pul və sair bu kimi tələlərə salıram.” Bu an arifin gözü qırılmış qalın bir kəndirə sataşır. Şeytandan soruşur: “Bu nədir və kimin üçündür?” Şeytan kədərli halda ah çəkib deyir: “Doqquz ay zəhmət çəkib bu kəndiri toxudum. Dünən gecə şeyx Ənsarinin boynuna atdım. Lakin o bir hərəkətlə kəndiri qırıb neçə aylıq zəhmətimi zay etdi.”
Bu şəxs yuxudan ayıldıqdan sonra şeyxin yanına gedib gördüklərini danışır. Şeyx Ənsari əvvəlcə ağlayır, sonra həmin bir tümən barəsində danışır. Şeyx bu tövfiqə görə Allaha təşəkkür edir.
Bizim rəngarəng tələləri olan xeyli düşmənlərimiz var. Peyğəmbərlər bizə bu barədə xəbərdarlıq etmişlər: “Rəyasət məhəbbəti, sadiq insanların düşüncəsindən uzaqlaşan axırıncı şeydir.” (İbn Əbil-Hədid, “Nəhcül-bəlağə”nin şərhi, c. 22. s. 181.) Çünki insan xalqın ona hörmət etməsini, şəkillərinin nəşr olunmasını və ictimai ünvan sahibi olmasını istəyir. Bütün bu cazibələrdən qurtulub Allaha üz tutmalıyıq. Bu qaçışın yüksək və ya ahəstə sürətlə olması bizi özünə tərəf çəkmək istəyən düşmənin qüvvəsindən asılıdır. Psixologiyada deyilir: İnsanda gizli qüvvələr var. Təhlükə hiss etməyincə bu qüvvələr məxfi qalır. Bir çox hallarda özümüzün də bu qüvvələrdən xəbərimiz olmur. Lakin güclü düşmən tərəfindən təqib olunarkən qaçıb qurtulmaq üçün bütün qüvvəmizi işə salırıq.


1068 بازدید
در حال ارسال اطلاعات...