Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Mart 2016

Birinin kor olması, birinin görməsi necə ədalətdir?

İnananlara Allahın vədi bəs edər!
Qurani-Kərimdə buyurulur ki, qiyamət günü hamı ilə ədalətlə rəftar edilər. İnsan dünyada itirdiyinin əvəzini axirətdə alar. Necə ki dünya zorlularının yağdırdığı mərmilər altda dünyasını dəyişən körpələr cənnətə daxil olar!
İmam Baqirin (ə) müvəffəq şagirdlərindən olan Əbu Bəsirin hər iki gözü kor olub.
Əbu Bəsir İmam Baqirdən (ə) soruşur:
-Siz Allah Rəsulunun (s) varisisiz?
İmam (ə) buyurur ki, bəli.
-Həzrət Məhəmməd (s) bütün peyğəmbərlərin varisidir?
- Bəli, bütün peyğəmbərlərin varisidir.
-Bütün peyğəmbərlərin bildiyini bilib?
-Bəli.
Əbu Bəsir yenə sual verir:
-Siz ölünü dirildə, korun gözünü aça bilərsiz?
İmam əlini Əbu Bəsirin gözlərinə çəkir. Əbu Bəsirin gözləri açılır, bu hadisədən həyrətə gəlir. İmam buyurur:
-İstəyirsənmi gözün görsün, amma qiyamət günü hamı kimi sorğuya çəkiləsən?
Söhbətin hikmətini anlayan Əbu Bəsir əvvəlki kor vəziyyətinə qayıtmaq istədiyini deyir. İmam (ə) yenidən əlini onun gözünə çəkir və Əbu Bəsir yenidən kor olur...

Vilayet.info


1466 بازدید
در حال ارسال اطلاعات...