Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Mart 2016

Birinin kor olması, birinin görməsi necə ədalətdir?

İnananlara Allahın vədi bəs edər!
Qurani-Kərimdə buyurulur ki, qiyamət günü hamı ilə ədalətlə rəftar edilər. İnsan dünyada itirdiyinin əvəzini axirətdə alar. Necə ki dünya zorlularının yağdırdığı mərmilər altda dünyasını dəyişən körpələr cənnətə daxil olar!
İmam Baqirin (ə) müvəffəq şagirdlərindən olan Əbu Bəsirin hər iki gözü kor olub.
Əbu Bəsir İmam Baqirdən (ə) soruşur:
-Siz Allah Rəsulunun (s) varisisiz?
İmam (ə) buyurur ki, bəli.
-Həzrət Məhəmməd (s) bütün peyğəmbərlərin varisidir?
- Bəli, bütün peyğəmbərlərin varisidir.
-Bütün peyğəmbərlərin bildiyini bilib?
-Bəli.
Əbu Bəsir yenə sual verir:
-Siz ölünü dirildə, korun gözünü aça bilərsiz?
İmam əlini Əbu Bəsirin gözlərinə çəkir. Əbu Bəsirin gözləri açılır