Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Fevral 2014

Səsini yalnız tələbələri eşidərdi

Hicri-şəmsi 1364-cü ildə təbliğ üçün İsfahana dəvət olunmuşdum. Bilirdim ki, İsfahan bir zaman Allah övliyalarının yaşadığı yer olub.
Şəhər, hikmət şəhəri, fəqihlər, filosoflar, ariflər, aşiqlər və Allah şəhidlərinin şəhəridir. Lazımdır ki, hamılıqla bu şəhərin heysiyyətini qoruyaq.
Orada olduğum müddətdə eşqlə, ilahi insanların məzarlarını, ya da bu böyük şəxsiyyətləri həyatda ziyarət edənləri ziyarət edirdim.
Çox gəzdim amma az müvəffəq oldum. Böyük şəxsiyyətlər demək olar ki, çoxu dünyadan gediblər. Çox az adam tapılardı ki, onlarla ünsiyyətdə olmamış olsun.
Təbliğə getdiyim yerdə nurani bir kişi də iştirak edirdi. Onun mələkuti çöhrəsi məni özünə cəzb etdi. Halını soruşdum, dedi: “30 il, böyük alim, filosof mərhum Hacıağa Rəhim Ərbabini dərk etmişəm.”
Düzdür o mərhumu iki dəfə görmüşdüm, amma onun əxlaqiyyatından bir o qədər də agah olmamışdım. Bir nişanla iki hədəfi vurmaqla onun görüşünə getdim. Həm onun mərifətindən bəhrələnim, həm də ustadının kəmalatından eşidim.
Bir məclisdə onunla oturub söhbətə başladıq. Dedi: Adətən bir aktyor, məxsusən məşhur bir alim çox istəyir ki, tez bir zamanda tanınsın. Elmin təbiəti, özünü göstərmək, qürur və şöhrətdir. Bir alim istəyir ki, bütün insanlar onun elmindən, əsərlərindən, yaxşı əməlindən, məxsusən də yaxşı dərs deməsindən agah olsunlar. Beləliklə bu agahlıqdan ləzzət alsın və yaxşı mal-dövlətə sahib olsun. İstəyir ki, dərs dediyi yer insanların görə biləcəyi yerdə olsun və cəmiyyət arasında məşhurlaşsın.
Amma mənim ustadım, həzrət Hacıağa Rəhim Ərbab məsciddə 50 il müddətində bilikli və elmə rəğbəti olanlara dərs deyib. Lakin dərs vaxtı ciddi göstəriş verirdi ki, qapının yanındakı pərdəni çəksinlər. Dərs deyəndə səsini yalnız tələbələri eşidərdi və heç kim bilməzdi ki, məsciddə dərs deyən şəxs kimdir.
Belə bir əxlaqın sahibi öz zamanında İslam elmində, məxsusən də fiqhdə, təfsirdə, fəlsəfədə eləcə də əməl və ixlasda, elm dünyasına xidmətdə, ilahi təlim-tərbiyədə və irfanda binəzir idi.

Dilimizə çevirdi: R. Hüseynov
Nur-az.com



1226 بازدید
در حال ارسال اطلاعات...