Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Mart 2016

İmam Sadiq (ə) qulamını hansı sirdən agah etdi?

Dünya müqabilidə axirəti seçirəm
Həzrət İmam Sadiqin (ə) bir qulamı var idi. Onun işi bu idi ki, həzrət namazı qılıb qurtarana qədər onun atını saxlasın və namazdan sonra həzrəti ata mindirərək evinə gətirsin. Bir gün qulam məsciddə oturmuşdu. Xorasan əhalisindən olan bir nəfər onun yanına gəlib dedi: -İstəyirsənmi İmam Sadiqdən (ə) xahiş edəsən məni sənin yerinə qəbul etsin və mən onun qulamı olum, sənin yerinə xidmət edim. Bunun əvəzində də mən bütün sərvətimi sənə verirəm. Mənim çoxlu sərvətim var. Onların hamsı sənin olsun. Yerini mənimlə dəyişirsənmi?
Qulam dedi:- Ağamdan bunu xahiş edərəm.
Sonra həzrətin xidmətinə gəlib dedi: - Sizə qurban olum, uzun müddətdir ki, xidmətinizdəyəm. Əgər mənə bir xeyir gəlmək istəsə, siz mənə mane olmaq istəyərsini