Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Mart 2016

Cəbrail (ə) müşahidə etdiyi qəribəliyi Peyğəmbərə (s) danışdı

“Mənim rəhmətimlə daxil ol Cənnətə!”
Həzrət Muhəmməd (s) Cəbrailə (ə) buyurdu: “Gördüyün qəribəliklərdən mənə danış”.

Quran təfsirçisi Hacı Şeyx Mahmud Yasir deyir: Bir dəfə həzrət Muhəmməd (s) Cəbrailə (ə) buyurdu: “Gördüyün qəribəliklərindən mənə danış”.
Cəbrail (ə) dedi: “Keçmiş zamanlarda peyğəmbərlərdən birinə nazil olmalı idim. Adaların birində bir abidlə rastlaşdım. O kamil şövqlə ibadətlə məşğul idi. Abid, Allahdan səcdə halında ölüm diləyirdi. O çox yaxşı ibadət edirdi. Gördüm ki, 400 ildir bəndəlik edir. Duası da qəbul olunmuşdu. Ona görə də onun Qiyamət günü olacaq vəziyyətini müşahidə etmək istədim. Mütəal Allah onun Qiyamət günündəki halını mənə göstərdi. Qiyamət günündəki halı onun ibadətinin qəbul olunduğunu göstərirdi.
Ona xitab gəldi: “Mənim rəhmətimlə daxil ol Cənnətə!”. Amma abid dedi: - Öz əməlimlə məni Cənnətə daxil et.
Mütəal Allahdan xitab gəldi: “Ey Mənim məhkəməmin qaziləri! İndi ki, müamilə önə çəkildi, o abidə verdiyim bütün maddi və mənəvi nemətləri onun ibadəti ilə müqayisə edin. Əgər onun ibadəti ağır gəlsə, cənnətə getsin. Amma mənim nemətlərim ağır gəlsə, cəhənnəmə getsin”.
Məhkəmənin qaziləri görmə nemətindən başladılar. Bu nemət dəyər baxımından abidin bütün ibadətlərindən ağır gəldi. Onu cəhənnəmə tərəf aparırdılar. Abid dedi: - İlahi, digər işlərim də olub, amma onlar hesab olunmadı. Xitab olunur ki, onlar nədir? Abid dedi: - Sənin kərəminə ümid edirdim, inayətinə hüsnü-zənnim var idi, hamısından üstünü isə özümü Sənin qarşında fəqir və heç nəsiz görürdüm. Xitab gəldi: “Onu əzab yolundan geri qaytarın. Mənə ümid və hüsnü-zənn etdiyi üçün onu cənnətə aparın”.
Abidi cənnətə tərəf apardıqda dedi: - İlahi, Öz rəhmətinlə məni cənnətə daxil et”.

Qaynaq: Hüseyn Ənsariyan; İrfani İslami”, c. 1, səh. 218-219.

“Misbahuş-şəriət və Miftahul-həqiqət”


2023 بازدید
در حال ارسال اطلاعات...