Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Mart 2016

İskəndərin müşaviri ona nəyi tövsiyə etdi?

Hər hansı bir ölkədə xalqın oyanmamağını istəyirlərsə, ilk növbədə onun alimlərini, başa düşənlərini əzirlər...
İskəndər İrana hücum etməzdən qabaq bir məsələyə görə çox pərişan və narahat idi. O düşünürdü ki, məndən daha çox başa düşən bir xalqa necə hökumət edə bilərəm? Necə edim ki, xalq mənə qarşı üsyan etməsin? O, buna çarə yolu tapmaq üçün müşavirlərini toplayır.
Müşavirlərdən biri deyir: - Onların kitablarını yandır, böyüklərini, biliklilərini və ağıllılarını öldür. Onlarla sərt rəftar et, ailə-uşaqlarının qılıncdan keçirt.

Başqa bir müşavir isə belə tövsiyə etdi: - Bu işlərə ehtiyac yoxdur. O ölkənin başa düşməzlərinə, qanmazlarına, az savadlılarına ölkənin əsas və böyük işlərini tapşır. Amma alim və başa düşən, bacarıqlı insanlara kiçik vəzifələr ver. Belə etsən, ölkənin böyük işlərini idarə edən savadsızlar və qanmazlar həmişə sənə minnətdar olacaq və heç vaxt sənə qarşı çıxmağa gücləri çatmayacaq (bunu ağıllarına da gətirməyəcəklər. Çünki sən onlara heç vaxt əldə edə bilməyəcəkləri ən yaxşı imkanı yaratmısan).
Kiçik və əhəmiyyətsiz işlər tapşırdığın alimlər və aqillər isə buna dözməyb, ya başqa ölkələrə köçəcəklər, ya da bu işdən yorulub ömürlərini ölənə qədər ölkənin bir küncündə özünəqapanmış halda keçirəcəklər.

O vaxtdan bu siyasət bütün dünya imperialistləri və xalqa düşmən olan hökumətlər tərəfindən icra olunmağa başladı. Hər hansı bir ölkədə xalqın oyanmamağını istəyirlərsə, ilk növbədə onun alimlərini, başa düşənlərini əzir, ölkədən çıxmağa məcbur edir, təhsilini öldürür, sonra da orada sərt və başadüşməz adamları iş başına gətirirlər.