Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Mart 2016

Şeytan hürəyən itə bənzər

Qiyamət günü, bütün aləm kimi – biz də, şeytanın vəsvəsəsindən şikayət edəcəyik
Bu ayə, daim yadınızda olsun!

إِنَّهُمْ لَنْ يُغْنُوا عَنْكَ مِنَ اللَّهِ شَيْئًا ۚ وَإِنَّ الظَّالِمِينَ بَعْضُهُمْ أَوْلِيَاءُ بَعْضٍ ۖ وَاللَّهُ وَلِيُّ الْمُتَّقِينَ

"Şübhəsiz ki, onlar Allahdan gələcək bir şeyi (bəlanı, əzabı) səndən dəf edə bilməzlər. Zalımlar (kafirlər) bir-birinin dostudurlar, Allah isə müttəqilərin dostudur!"

(“Casiyə” surəsi, ayə, 19)

Zalımlardan ibarət bir dəstə şəxs, digər şəxslər üzərində hökmə malikdirlər. Daha dəqiq desək - bir zalım digərinə hakim kəsilir. Misal olaraq şeytan!
Şeytanın, bizim üzərimizdə nüfuzu vardır. Bəzən iradəmizi idarə etməsi, üzərimizdə olan vilayətinə dəlalət edir.
Yeri gəlmişkən şeytandan danışaq. Əlbəttə o, sizin izniniz olmadan bir işə qadir deyil. O, peşəsi hürmək olan itə bənzər. Hürsün! Belə ki, hürməyi ilə əziyyət verməsinə rəğmən - xaltalı olduğundan hər hansı bir iş görməkdə aciz olar. Gəl indi sən öz əlinlə onun zəncirin boşlasan nəticəsi nə olacaq? Məlumdur ki, parçalayar!
Qiyamət günü, bütün aləm kimi – biz də, şeytanın vəsvəsəsindən şikayət edəcəyik. O zaman şeytan dilə gələcək: “-İlahi! Mən aciz nə edə bilərəm ki? Mən yalnız sizi dəvət etdim. Yəni, filan tərəfdən gəl dedim – özünüz himə bənd kimi öz iradənizlə gəldinız.”
Qısası, qərara gəldim siz dostlarımdan birinə tövsiyə edim. İşdir, bundan sonra (inşaəllah) bir səs eşidib diqqətsizlik etsəniz nə olar? Heç bir şey! Mən aciz sizə səsləndiyimdə səsimə cavab verməsəniz heç bir şey olmaz! Çünki, bundan artığına səlahiyyətim çatmır. Gücüm çatan səslənmək idi ki, cavabında başıvızı sallayıb gəldiz.


1401 بازدید
در حال ارسال اطلاعات...