Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Mart 2016

Allahdan qorxmasaydım şiələrin qarşısında səcdə edərdim - Video

Şiələr ölkəni qorumaq üçün minlərlə şəhid fəda etdilər
Gəlin açıq danışaq. İraqda itki verən kim oldu? Mən? Mən ailəmdən iki nəfərini İraq yolunda qurban verdim... Amma şiələr ölkəni qorumaq üçün minlərlə şəhid fəda etdilər.
Shianews – İraqın məşhur əhli-sünnə şeyxi televiziyada canlı proqramların birində şiələrin İraqda əhli-sünnəni müdafiə etmək üçün canlarından keçməsinə toxunaraq deyib: "Allahdan qorxmasaydım şiələrin qarşısında səcdə edərdim".

Aparıcı: - Nə üçün ailəni, dostlarını buraxıb, şiələrə qoşulmusan və əhli-sünnəyə qarşı çıxmısan?

Şeyx: - Əmican, qoy bir söz deyim. Bəlkə də bu sözümə görə məndən inciyəsən. Doğrusu, Allah qorxusu olmasaydı, mən şiələr üçün namaz qılardım və rüku-səcdə edərdim.
İnanın! İndi məndən soruş ki, nə üçün? De görüm, indiyə qədər Əl-Ənbarda nə qədər şiə şəhid olub?

Aparıcı: - Miinlərlə nəfər!

Şeyx: - Bəli, minlərlə şiə. Səlahəddin və Diyalədə necə? Neçə şiə öz canını mənə qurban verdi? Siyasətçilər öz villalarında istirahət edirlər, nə qardaşlırı fəda olub, nə övladları. Amma şiələr Əl-Ənbarda öz canlarından keçdilər. Əmican, bir sözlə şiələr İraqın ən böyük qoruyucuları, müdafiəçiləridir. İraqda canları alınanlar, şiələrdir.

Gəl açıq danışaq. İraqda itki verən kim oldu? Mən? Mən ailəmdən iki nəfərini İraq yolunda qurban verdim... Amma şiələr ölkəni qorumaq üçün minlərlə şəhid fəda etdilər. Onlar, Səlahəddində öz canlarını verir və Əl-Ənbarda oğlanlarının başı kəsilir ki, mənim kimi siyasətçilər öz yerimizdə rahat yaşayaq.
Biz deyirik, onlara muxtariyyət yaratmalarına imkan verməyək. Çünki onlar cənub əhalisi, Bəsrə, Nəcəf, Kərbəla əhalisidir. Amma demirik ki, Rəmadidə, Ət-təmində, Deyrədə və digər şəhərlərimizdə canlarından keçənlər cənublulardır. Sonra isə özümüzü İraqlı, şərəfli, vətənpərəst də hesab edirik!




5907 بازدید