Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Fevral 2014

İmam Kazimdən (ə) ibrətli əhvalatlar

Mömin qardaşa ehtiram

Əbdülmömin Ənsari deyir: İmam Kazimin (ə) hüzurna yetişdim. Məhəmməd ibn Abdullah Cəfəri də İmamın (ə) xidmətində idi. Mən Məhəmmədə təbəssüm etdim. Bizi müşahidə edən İmam (ə) buyurdu: “Onu çox istəyirsən?”
Ərz etdim: “Bəli, əlbəttə sizə görə onu çox istəyirəm.”
Həzrət İmam Kazim (ə) buyurdu: “O sənin qardaşındır. Möminlər doğma qardaş kimidirlər, hətta bir atadan olmasalar belə. (Hamı Adəm və Həvvanın övladıdır.)

Məlun o şəxsdir ki, qardaşına böhtan ata;
Məlun o şəxsdir ki, qardaşına xəyanət edə;
Məlun o şəxsdir ki, qardaşını pis yoldan çəkindirməyə;
Məlun o şəxsdir ki, qardaşının qeybətini edə.

Əməlin iyi

İmam Kazim (ə) buyurdu: “Bir nəfər atam İmam Sadiqdən (ə) soruşdu: İnsan xeyir əməl və ya günah etmək istəsə, insanların əməllərinə nəzarət edən mələk onun nə etmək istədiyindən agah olur?”
Buyurdu: “Xoşa gələn ətirli iylə, pis iy eynidir?”
Ərz etdim: “Xeyr.”
Buyurdu: “İnsan yaxşı iş görmək istəyəndə onun nəfəsindən gözəl iy xaric olar. Amma hər kimsə pis iş görmək istəsə, onun nəfəsindən pis iy xaric olar.”
Beləliklə, mələklər yaxşı və ya pis iy vasitəsilə anlayırlar ki, insanın qəsdi nədir. Əgər xeyir qəsdi olsa, hətta yaxşı iş görməsə belə onun əməl dəftərinə savab yazarlar. Yox əgər şər əməl qəsdi olsa, lakin günah iş görməyənə kimi onun əməl dəfrətinə bir şey yazmazlar.

Haqq söz

İmam Kazim (ə) şiələrindən birinə buyurdu: “Allahdan qorx və hətta həyatın bahasına olsa belə haqqı de. Sənin əsil xilasın həqiqəti deməkdədir. Allahdan qorx və batili tərk et, hətta batil sənin həyatını xilas etmiş olsa belə. Bunu da bil ki, sənin həqiqi məhvin batil kəlamdad